AlLİ TƏHSİL OCAĞININ XARİCİ DİLLƏR FAKÜLTƏSİ ELMİ ŞURASININ İCLASI KEÇİRİLİB

 

   İclasda fakültə Elmi şurasının gündəliyi oxunub, təkliflər nəzərə alınmaqla gündəlikdə duran məsələlərin müzakirəsinə başlanılıb. Çıxış edən universitetin Tədris və tərbiyə işləri üzrə prorektoru Hüseyn Bağırsoylu fakültə Elmi şurasına öz tövsiyyələrini və tapşırıqlarını verdikdən sonra şura üzvlərinin çıxışları dinlənilib

   Gündəlikdəki məsələlərlə bağlı ilk çıxışı “Xarici dillər” fakültəsinin dekanı Yasin Babazadə edib. O bildirib ki, bir çox ölkələrin universitetləri ilə sıx əlaqələri olan, gün keçdikcə bu əlaqələri daha da genişləndirən ali təhsil ocağı işini də dünya standartlarına cavab verəcək şəkildə qurub. Bu baxımdan belə iclasların keçirilməsi görülən işlərin keyfiyyətinin artırılması, illik iş planına uyğun təşkil olunması və problemlərin aradan qaldırılması baxımından vacibdir. Həm də bu vasitə ilə müəllim və tələbələri maraqlandıran bir sıra problemlər, təkliflər operativ şəkildə həllini tapır, növbəti mərhələdə problemlərin aradan qaldırılmasına zəmin formalaşır. Dekan həmçinin, ötən dərs ilinin yekunları, əldə olunan nailiyyətlər haqqında danışıb, 2021-2022-ci tədris ilinin əsas istiqamətləri və qarşıda duran hədəfləri diqqətə çatdırıb.

   Ardından şura üzvləri, “Xarici dillər” fakültəsinin dekan müavini Sərxan Musayev fakültədə xarici dil müəllimliyi(ingilis dili), alman dili və ədəbiyyat ixtisası üzrə əyani IV kurs tələbələrinin pedaqoji təcrübəyə hazırlanması haqqında məlumat verib. Qeyd edib ki, pedaqoji təcrübəyə cəlb olunan tələbələr bu prosesdə ümumtəhsil məktəblərində tədris sistemini müşahidə etməklə sosial və pedaqoji dəyərlərə yiyələnirlər.

   Sonra elmi şura üzvləri tərəfindən cari məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, təkliflər dinlənilib. Eləcə də  “Magistr dissertasiyası, buraxılış işi, TEC mövzuları” ilə bağlı “Xarici dillər” kafedrasının müdiri Anara Nəsirlinin və “İllahiyyat” kafedrasının müdiri Xəfayət Əliyevanın çıxışları dinlənilib.