Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

Maliyyə Nazirliyinin əməkdaşları “Naxçıvan” Universitetinin tələbələri ilə görüşüb

  Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin əməkdaşlarının “Naxçıvan” Universitetinin İdarəetmə fakültəsinin Mühasibat uçotu və audit və Maliyyə ixtisasının tələbələri ilə “Büdcə gəlirlərinin planlaşdırılması və modelləşdirilməsi” mövzusunda görüşü keçirilib.

Görüş zamanı İdarəetmə fakültəsinin dekanı Naim Cahidzadə qeyd edib ki, tədbir Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” imzaladığı Sərəncama müvafiq olaraq həyata keçirilir. Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi bilikli və təcrübəli gənc kadrların hazırlanmasına böyük imkanlar yaradacaqdır.

Sonra “Büdcə gəlirlərinin planlaşdırılması və modelləşdirilməsi” mövzusu ilə bağlı Maliyyə Nazirliyinin əməkdaşı Elvin Nağıyevin məruzəsi dinlənilib. 

Məruzə büdcənin effektiv planlaşdırılmasının məqsəd və əhəmiyyəti, büdcənin təhlil olunmasının vacibliyi, xərclərin müəyyən edilməsi və təhlili, ilkin büdcə sənədlərinin yoxlanılması barədə tələbələrə ətraflı məlumat verilib.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.