ALİ TƏHSİL OCAĞININ XARİCİ DİLLƏR FAKÜLTƏSİ ELMİ ŞURASININ NÖVBƏTİ İCLASI KEÇİRİLİB

 

      İclasda fakültə Elmi şurasının gündəliyi oxunub, təkliflər nəzərə alınmaqla gündəlikdə duran məsələlərin müzakirəsinə başlanılıb.

      Gündəlikdəki məsələlərlə bağlı ilk çıxışı “Xarici dillər” fakültəsinin dekanı Yasin Babazadə edib. Dekan imtahanlara hazırlığın yüksək səviyyədə təşkil olunduğunu, gənclərin biliyinin obyektiv qiymətləndirilməsinin qarşıya məqsəd qoyulduğunu qeyd edib. O, imtahan cavablarının müəyyən olunmuş meyarlar əsasında qiymətləndiriləcəyini diqqətə çatdırıb.

      Ardından şura üzvü, “Xarici dillər” fakültəsinin dekan müavini Sərxan Musayev fakültədə elmi tədqiqat işlərinin vəziyyəti haqqında məlumat verib. Qeyd edib ki, təhsil zamanı tələbələr dəfələrlə ixtisasla bağlı elmi və praktiki tapşırıqları elmi metodların köməyi ilə araşdırmalı və yeni bilikləri əldə etməlidirlər.

      Sonra elmi şura üzvləri tərəfindən cari məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, təkliflər dinlənilib. Eləcə də “Akademik borcu olan tələbələrlə işin vəziyyəti haqqında” fakültə tyutoru Nail Novruzovun çıxışı dinlənilib.

      Fakültə elmi şurasının sonunda “İngilis dili müəllimliyi” ixtisası üzrə I kurs tələbəsi Ləman Abbasovaya “Dinşunaslıq” ixtisası üzrə III kurs tələbəsi Pəri Heydərovaya “Naxçıvan” Universiteti adından dəyərli hədiyyələr təqdim olunub.