ALİ TƏHSİL OCAĞINDA ELMİ KONFRANS KEÇİRİLİB

 

       Bu gün “Naxçıvan” Universitetində elmi konfrans keçirilib. “Naxçıvan Muxtar Respublikasının regionlarının sosial-iqtisadi inkişafı: inkişaf meylləri və problemləri” mövzusunda təşkil edilən konfransda universitetin müəllim və tələbə kollektivi iştirak edib.

      1995-2000-ci illərdə muxtar respublikanın həm iqtisadi, həm sosial həyatındakı dəyişikliklərin və əldə olunan nailiyyətlərin yüz illik inkişafa bərabər olduğunu vurğulayan “Naxçıvan” Universitetinin rektoru, dosent Nurlana Əliyeva bildirib ki,  kənd və şəhərlərin abadlaşdırılması, inzibati binaların, sosial obyektlərin tikilməsi, səliqə və səhmanın ən yüksək səviyyədə olması, insanların rifah halının yaxşılaşdırılması Naxçıvan Muxtar Respublikasının bu günkü mənzərəsinin təsdiqidir. Ali Məclis sədrinin qətiyyətli mövqeyi , ulu öndər Heydər Əliyev siyasətinə sədaqəti və əzmkarlığı Naxçıvanın inkişafının əsas səbəbidir.

       Qeyd edilib ki, Naçıvan Muxtar Respublikası 2017 və 2018-ci illərdə ölkəmizin regionları arasında birincilik qazanıb, bir sıra parametrlər üzrə lider olub. Ümumi daxili məhsulun artması, yeni istehsal müəssisələrinin yaradılması, ərzaq və enerji təhlükəsizliyinin həlli, ixrac yönümlü məhsulların istehsalı muxtar respublikanın iqtisadi potensialından xəbər verir.

       “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının müasir vəziyyəti və gələcək inkişaf istiqamətləri” məruzəsində Naxçıvan MR İqtisadiyyat Nazirliyi İqtisadi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Anar Cəfərov  ötən 16 il ərzində bütün iqtisadi fəaliyyət sahələrindəki sürətli inkişafdan danışıb. Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif  Talıbovun həyata keçirdiyi məqsədyönlü siyasət sayəsində muxtar respublika davamlı sosial-iqtisadi yüksəliş və ictimai həyatdakı nailiyyətləri fonunda keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Qazanılmış nailiyyətlər, davamlı sosial-iqtisadi inkişaf qarşıdakı illərdə də Naxçıvan Muxtar Respublikasının daha böyük uğurlara imza atacağına möhkəm zəmin və dərin inam yaradır. Heç şübhəsiz ki, güclü potensialı, ideyalarının mükəmməlliyi, iqtisadiyyatın bütün sahələri üzrə inkişafa nail olunması böyük uzaqgörənliklə müəyyənləşdirilmiş inkişaf strategiyasının nəticələridir.

       “Naxçıvan” Universitetinin “İqtisadiyyat” kafedrasının müəllimi Əbdülhüseyn Zamanov “Naxçıvan MR sosial-iqtisadi inkişafında logistika və xarici ticarətin formalaşması” məruzəsi ilə çıxış edib. Qeyd edilib ki,  əlverişli yol  logistikasının düzgün təşkil olunması və logistik xərclərin, itkilərin azaldılması ilə uğura nail olmaq mümkündür. Müasir texnologiyalardan,  innovativ avadanlıqlardan istifadə etməklə sürətli və davamlı logistik xidmət yaradılmalıdır.  Bildirilib ki, muxtar respubilkada bu yöndə bir sıra işlər görülüb. Son illərdə həyata keçirilən təbirlər nəticəsində müasir texnologiyalara əsaslanan loqistik mərkəzlər yaradılıb.

       “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına kredit şəkilli maliyyə vəsaitlərinin təsiri” məruzəsi ilə çıxış edən “Naxçıvan” Universitetinin Magistratura şöbəsinin I kurs tələbəsi Nicat Ağayev bildirib ki, dayanıqlı və davamlı iqtisadi inkişafa nail olmaq üçün maliyyə sisteminin həlqələrinin və institutlarının mexanizminin daha da təhkimləşdirilməsi istiqamətində dünya təcrübəsindən geniş istifadə edilməsi, bank və kredit təşkilatlarından pul götürülməsi istiqamətində fiziki şəxslərin və sahibkarların əl çatanlığının təmin edilməsi, istelakçı tələbinə uyğun keyfiyyətli məhsul və xidmətlərin hazırlanıb təklif olunması kimi bir sıra tədbirlər görülməlidir.

       Konfransın sonunda mövzu ətrafında müzakirələr aparılıb və tələbələrin sualları cavablandırılıb.