Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

Güzəştlər

500 baldan yuxarı toplayan tələbələr 100%, 450-499 bal toplayan tələbələr 75%, 400-449 bal toplayan tələbələr 25% güzəştə düşürlər

DAHA ƏTRAFLI

Ali təhsil ocağında tələbələrlə görüş keçirilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il iyulun 27-də imzaladığı Sərəncamın icrası ilə bağlı müvafiq nazirliklərdə, komitələrdə və təşkilatlarda tədbirlər planı hazırlanıb. Həmin tədbirlər planı çərçivəsində ali təhsil ocaqlarında, o cümlədən “Naxçıvan” Universitetində görüşlər keçirilir.

Bu çərçivədə aprelin 18-də “Cahan Holdinq” Şirkətlər İttifaqının prezidenti, Naxçıvan Muxtar Respublikasının Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin əməkdaşı Sahibkarlıq şöbəsinin müdiri  Mircavid  Tağızadə, “Elmi Tədqiqat və Tədris Mərkəzi”-nin  elmi işçisi Mehparə Məmmədova "Naxçıvan" Universitetinin İqtisadiyyat fakültəsində təhsil alan tələbələrlə görüşüb.

Tədbiri giriş sözü ilə açan ali təhsil ocağının rektoru, professor İsmayıl Əliyev “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamdan irəli gələn vəzifələri nəzərə çatdırıb.

Qeyd edilib ki, ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi bilikli və təcrübəli gənc kadrların hazırlanmasına böyük imkanlar yaradacaqdır.

Daha sonra Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin əməkdaşı Sahibkarlıq şöbəsinin müdiri Mircavid Tağızadə  “Naxçıvan Murtar Respublikasında sahibkarlıq mühitinin mövcud vəziyyəti, özəl sektorun Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatında rolu” mövzusunda “Cahan Holdinq” Şirkətlər İttifaqının prezidenti, Naxçıvan Muxtar Respublikasının Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov “Cahan Holdinqin  Şirkətlər İttifaqının fəaliyyət sahələri və biznesin təşkili” mövzusunda, “Elmi Tədqiqat və Tədris Mərkəzi”-nin  elmi işçisi  Mehparə Məmmədova   “Start UP” layihələrinin təqdimatı ilə bağlı çıxışları dinlənilib.