Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

Güzəştlər

500 baldan yuxarı toplayan tələbələr 100%, 450-499 bal toplayan tələbələr 75%, 400-449 bal toplayan tələbələr 25% güzəştə düşürlər

DAHA ƏTRAFLI

Ali təhsil ocağında Novruz şənliyi keçirildi

İlk öncə Novruz bayramının simvolu olan bayram tonqalı yandırılıb. Daha sonra tədbirin aparıcıları bildiriblər ki, Novruz bayramı insanlara birlik, mehribanlıq kimi ülvi hislər aşılayır. Elə bu səbəbdəndir ki, Sovet hakimiyyəti illərində həyata keçirilən siyasət Azərbaycan xalqının digər milli-mənəvi dəyərləri kimi, Novruzu da xalqın şüurundan silə bilmədi. Sovet ideologiyasının milli özünüdərkə, xalqların tarixdən gələn mənəvi irsinə qənim kəsilməsi ölkəmizdə özünü açıq şəkildə büruzə verirdi. Lakin bu məqsəd baş tutmadı. Hər bir xalqın milli-mənəvi dəyərlərinin qorunmasında və inkişaf etdirilməsində tarixi şəxsiyyətlərin üzərlərinə mühüm vəzifələr düşür. Bu baxımdan Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin hələ Sovet hakimiyyəti illərindəki fəaliyyəti diqqəti xüsusilə cəlb edir. Çünki məhz Ulu öndərin hakimiyyətdə olduğu dövrlərdə xalqımız öz milli dəyərlərinə daha çox sahib çıxıb, mənəvi irsin zənginliklərinə dərindən yiyələnib.

Ali təhsil ocağının tədris və tərbiyə işləri üzrə prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoylu bildirib ki, qədim tarixə və zəngin mədəniyyətə malik olan Azərbaycan xalqının ən qədim dövrlərdən bu günə gəlib çatan milli dəyərlər sistemində Novruz bayramının özünəməxsus yeri vardır.

Bu bayram təbiətin oyanması, gecə ilə gündüzün bərabərləşməsi, həyatın təzələnməsi ilə əlamətdardır. Novruz həm də xeyir-bərəkət bayramıdır, yeni ildir, baharın ilk təqvim günüdür. Təbiətdəki bütün canlıların qışın qar və çovğunla müşayiət olunan soyuq, barsız-bəhrəsiz günlərindən sıyrılıb bolluq və firavanlıq mövsümünə qədəm qoyduğu bir dövrün başlanğıcıdır Novruz.

Tədbirin bədii hissəsində “Şən və hazırcavablar” klubunun  üzvlərinin Novruzla bağlı hazırladıqları şeirlər, rəngarəng musiqi nömrələri, Kosa və Keçəlin çıxışı tədbir iştirakçılarına xoş ovqat bəxş edib.

Qeyd edək ki, tədbir universitetin Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə keçirilib.