Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

Güzəştlər

500 baldan yuxarı toplayan tələbələr 100%, 450-499 bal toplayan tələbələr 75%, 400-449 bal toplayan tələbələr 25% güzəştə düşürlər

DAHA ƏTRAFLI

Ali təhsil ocağında Məmməd Arazın yubileyi qeyd olunub

“Naxçıvan” Universitetinin Azərbaycan dili və ədəbiyyat kafedrasının  təşkilatçılığı ilə xalq  şairi Məmməd Arazın anadan olmasının 85 illiyinə həsr olunmuş tədbir keçirilib. Konfrans zalında davam edən tədbiri giriş sözü ilə universitetin tədris və tərbiyə işləri üzrə prorektoru, iqtisad üzrə fəlsəfə  doktoru  Hüseyn Bağırsoylu  açaraq bildirmişdir ki,görkəmli şairi  Məmməd Arazın uşaqlıq və ilk gənclik illəri  qədim Naxçıvan diyarında keçmişdir. Şahbuz dağlarının özünəməxsus ab-havası,səfalı Batabat yaylağının, Çadırdaş ətəyindəki Salvartı yaxasındakı obaların romantik  axar-baxarı Məmməd  Arazın ruhuna hopmuşdur. Prorektor onu da vurğulamışdır ki, öz millətini, vətənini sevmək, milli-mənəvi dəyərlərinə sahib çıxmaqla yanaşı, bəşəri dəyərlərə, dünya sivilizasiyasının qabaqcıl nailiyyətlərinə yiyələnmək kimi insanlıq dəyərlərini özündə birləşdirən Azərbaycançılıq ideologiyasının dünən də, bu gün də ən böyük təbliğatçısı ədəbiyyat, böyük mənada isə sənətdir. Bu baxımdan M.Araz yaradıcılığı misilsiz örnəkdir. Dahi şair ədəbiyyatımızın inkişafı  yolunda əvəzsiz xidmətlərinə görə “Əməkdar incəsənət xadimi”, “Xalq şairi” və bir  sıra fəxri adlara layiq görülüb. Eyni zamanda dövlətimizin ali mükafatı olan “İstiqlal” ordeni ilə də  təltif olunub.

Sonra universitetin Azərbaycan dili və ədəbiyyat kafedrasının müəllimləri dosent İman Cəfərovun “M.Araz yaradıcılığında yeni poetik duyum və deyim”,universitet kitabxanasının müdiri, dosent  Aypara  Beyhbudovanın “Məmməd Araz yaradıcılığında Azərbaycançılıq, dosent Arifə Zeynalovanın “M.Araz yaradıcılığında məcazların üslubi imkanları”  və  universitetin pedaqoji fakültəsinin dekanı,  filologiya üzrə fəlsəfə doktoru Nurlana Əliyevanın “M.Araz yaradılıcılığında məhəbbət lirikası” mövzularında çıxışları dinlənilib.

Sonda tələbələr görkəmli şairin şeirilərini səsləndirmiş,tədbir iştirakçıları M.Araza həsr olunmuş  slayda baxmışlar.