Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

Güzəştlər

500 baldan yuxarı toplayan tələbələr 100%, 450-499 bal toplayan tələbələr 75%, 400-449 bal toplayan tələbələr 25% güzəştə düşürlər

DAHA ƏTRAFLI

Ali təhsil ocağında kitab müzakirəsi keçirilib

            “Naxçıvan” Universitetinin Xarici dillər fakültəsində Mister Hemferin “Xatirələri” (İngilis casusunun etirafları) və Qurban Səidin “Əli və Nino” romanının müzkirəsi keçirilimişdir.

Tədbiri giriş sözü ilə fakültənin dekanı Yasin Babazadə açaraq  gənc nəsildə vətənpərvərliyin, tarixə, milli kökə bağlılığın formalaşdırılmasına xidmət edən “Oxunması zəruri olan kitablar haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il avqustun 28-də imzaladığı Sərəncamın mahiyyəti barədə məlumat verib.

Yasin Babazadə bildirib ki, mütaliə insanın daxili aləminin zənginləşdirilməsində, dünyagörüşünün düzgün formalaşdırılmasında, nitq qabiliyyətinin inkişaf etdirilməsində mühüm əhəmiyyət daşımaqla yanaşı, həm də müsbət insani və iradi keyfiyyətlərin yaradılmasında böyük rol oynayır. Bu dövlət sənədinin imzalanması gənclərdə mütaliəyə olan marağın artmasına, onlarda bədii zövqün formalaşmasına mühüm təsir edəcək.Sonra tələbələr fikirlərini  bildirmiş,  onları maraqlandıran suallar ətraflı cavablandırılmışdır.