Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

Güzəştlər

500 baldan yuxarı toplayan tələbələr 100%, 450-499 bal toplayan tələbələr 75%, 400-449 bal toplayan tələbələr 25% güzəştə düşürlər

DAHA ƏTRAFLI

Ali təhsil ocağında İstehsalat təcrübəsinin başlanğıc konfransı keçirilib

 

“Naxçıvan” Universitetində İqtisadiyyat və İdarəetmə fakültələrinin əyani şöbə üzrə IV kurs tələbələrinin 2018-2019-cu tədris ilinin payız semestrində keçəcəkləri istehsalat təcrübəsinə həsr olunmuş başlanğıc konfransı keçirilib. Konfransı giriş sözü ilə universitetin tədris və tərbiyə işləri üzrə prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoylu açaraq istehsalat təcrübəsinin əhəmiyyətindən və təcrübə qaydalarından danışaraq tələbələrə uğurlar arzulayıb.

Bildirilib ki, ali məktəb tələbələrinin tədris prosesinin vacib istiqamətlərindən biri istehsalat təcrübəsidir. İstehsalat təcrübəsinin əsas məqsədi tələbələrin il boyu auditoriyalarda əldə etdiyi nəzəri biliklərin təcrübə ilə vəhdətdə daha dərindən öyrənilməsi, onların lazımı peşə qabiliyyətini mənimsəməsi, eləcə də peşəkar kadr kimi yetişməsindən ibarətdir. 

Konfransda İqtisadiyyat fakültəsinin dekanı, iqtisad üzrə fəlsəfə doktoru, dosent Mehriban İmanovanın “İqtisadiyyat ixtisası üzrə istehsalat təcrübəsinin keçirilməsində tələbələrin əsas vəzifəsi”, İdarəetmə fakültəsinin dekanı Naim Cahidzadənin “İstehsalat təcrübəsi zamanı qarşıya qoyulmuş əsas  hədəflər” və metodist Tural Paşayevin “İstehsalat təcrübəsinin təşkili, gedişi və qarşıda duran vəzifələr” mövzularında çıxışları dinlənilib. Qeyd olunub ki, 58 tələbə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində, İqtisadiyyat Nazirliyində, Vergilər Nazirliyində, Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikasındakı İdarəsində, eləcə də, Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində 6 həftəlik təcrübə keçəcəklər.