Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

27 noyabr 2019-cu il tarixdə “Naxçıvan” Universitetinin Xarici dillər fakultəsində təlim keçirilmişdir.

 Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Rəcəb Cəfərli Təlim iştirakçılarına Universitetinin tərəfdarı olduğu EQAC Erasmus+ layihəsi haqqında məlumat vermiş və bildirmişdir ki, bu layihə çərçivəsində Xarici dillər fakultəsində Xarici dil (İngilis dili) ixtisası pilot proqram kimi seçilmiş və bu proqram çərçivəsində tədris edilən 10 fənnin tədris proqramı və sillabusları  yeni standartlara uyğun şəkildə hazırlanmaqdadır. Bu pilot layihənin əsas mahiyyəti tələbələri tədris prosesinə, proqramların hazırlanmasına cəlb edərək, tədrisin  keyfiyyətini daha da artırmaqdır.

Tələbələri tədris prosesinə cəlb etməyin ən effektiv metodlarından biri tələbə yönümlü təhsil konsepsiyasıdır və bu yeni metodun mahiyyəti barəsində təqdimat edən təlimçi vurğulamışdır ki, tələbə yönümlü təhsil tələbərin fəaliyyətini, aktivliyini öyrənmə prosesinin mərkəzi kimi qəbul edərək tələbələrin maraqlarını birinci yerə qoyur və tələbələr nə öyrənəcəklərini, öyrənmə tempini necə müəyyənləşdirəcəklərini və öz öyrənmələrini necə qiymətləndirəcəklərini seçmə imkanına malik olurlar.