Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

23 Aprel tarixində “Naxçıvan” Universitetinin idman zalında fakültələrarası voleybol birinciliyi keçirilib

  Birinciliyi universitetin rektoru, dosent Nurlana Əliyeva açaraq bildirib ki, ölkəmizdə və onun bir hissəsi olan Muxtar Respublikamızda bədən tərbiyəsi və idmanın inkişafı daim diqqət mərkəzində saxlanılır. Ölkə Prezidenti cənab İlham Əliyevin idmançılarla görüşündə söylədiyi “İdman hər bir ölkənin gücünü göstərir. İdmana olan diqqət və qayğı hər bir ölkənin dövlət siyasəti olmalıdır. Azərbaycanda bu belədir. Uğurlarımızın təməlində məhz dövlət siyasəti dayanır. Məhz dövlət siyasəti, idmançılarımızın peşəkarlığı, mütəxəssislərin və federasiyaların birgə fəaliyyəti bu uğurları şərtləndirir” xatırladan rektor bu siyasətə uyğun olaraq bədən tərbiyəsi və idmanın Muxtar Respublikamızda da diqqətdə saxlandığını deyib. Xatırladıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 14 fevral tarixli Sərəncamı ilə “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nın imzalanması muxtar respublikada idmana göstərilən diqqətin bariz ifadəsidir.

  Ardından birinciliyə start verilib. Gərgin mübarizə şəraitində keçən yarış “İdarəetmə” fakültəsinin birinciliyi ilə başa çatıb. “Xarici dillər” fakültəsi ikinci, “İqtisadiyyat” fakültəsi isə üçüncü yerin sahibi olub.

  Sonda komandalar diplom və kubokla təltif olunublar.