Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

20 Yanvar faciəsi-tariximizin qanlı səhifəsidir

 

Bu mövzuda “Naxçıvan” Universitetində tədbir keçirilib. Tədbir iştirakçıları ilk əvvəl universitetin tədris korpusunun foyesindən 5ci mərtəbəyədək düzülmüş 20 Yanvar hadisələrini əks etdirən fotolara, qəzet və jurnallara baxmışlar.

Tədbir başlamazdan əvvəl şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Universitetin rektoru, professor İsmayıl Əliyev giriş sözü ilə açaraq bildirmişdir ki, 1990-ci ilin yanvar ayının 20-si Azərbaycan xalqının tarixinin həm faciəli, həm də qəhrəmanlıq səhifəsidir. Həmin gün ən müasir silahlarla silahlanmış Sovet Ordusu dəstələri Azərbaycanın paytaxtı Bakı şəhərinə girmiş, xalqın azadlıq mübarizəsinin qarşısını almaq üçün qanlı cinayət hadisəsi törətmişlər. Lakin xalq öz azadlıq mübarizəsindən geri dönmədi.

Bu dövrdə hamı susduğu halda faciəyə ilk dəfə münasibətini xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Moskvadakı daimi nümayəndəliyində bildirmiş, faciə təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etmiş, bu təcavüzün Azərbaycan xalqına qarşı ən böyük cinayət olduğunu vurğulamış və siyasi qiymət verilməsini tələb etmişdir. Rektor onu da vurğulamışdır ki, Qanlı hadisələri törədənləri bu gün tarix də, xalqımız da nifrətlə xatırlayır. Çünki həmin hadisələr təkcə Azərbaycana qarşı yox, bütün bəşəriyyətə, insanlığa qarşı yönəlmiş qanlı soyqırım siyasəti idi. Sözsüz ki sovet imperiyasının bu qanlı aksiyanı törətməkdə məqsədi xalqımızın mübarizə əzmini qırıb, onun müstəqillik arzusunu içində boğmaq idi. Amma imperiya bu qanlı aksiyanı törətməklə öz çirkin məqsədinə çata bilmədi.Xalqımız daha da mübariz oldu, heç kimdən qorxmadı və öz istəyinə nail olaraq müstəqillik qazandı. Konfransda universitetin ümumi tarix kafedrasının müəllimi İlhami Əliyevin “20 Yanvar ərəfəsində Azərbaycanda ictimi-siyasi vəziyyət”, Pedaqoji fakültənin dekanı, filalogiya üzrə fəlsəfə doktoru Nurlana Əliyevanın “20 Yanvar faciəsi bədii ədəbiyyatda”, Pedaqogika və psixologiya kafedrasının müəllimi Təranə Əliyevanın “20 Yanvar hadisələrinin psixoloji aspekti” mövzularında çıxışları dinlənilmişdir. Sonda tələbələr şəhidlərə həsr olunmuş şeirləri bədii qiraət etmiş, “20 Yanvar səhifəsi hüzn və qürur günümüzdür” adlı slayd nümayiş etdirilmişdir.