Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

“Naxçıvan” Universitetində 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib

İlk əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri giriş sözü ilə universitetin rektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Nurlana Əliyeva açaraq kollektivi bayram münasibətilə təbrik edib qarşıdan gələn 2020-ci ilin həm xalqımız, həm də elm və təhsilimiz üçün uğurlu olacağına əminliyini bildirib.

Bu gününün tarixi əhəmiyyətindən danışan rektor bildirib ki, ulu öndər Heydər Əliyevin ən böyük arzularından biri də dünyada yaşayan azərbaycanlılar arasında birlik və həmrəyliyin formalaşdırılması idi. Buna isə ümummilli liderimiz 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işləyərkən nail olmuşdur. Məhz görkəmli dövlət xadiminin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 1991-ci il dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etmiş, həmin günün hər il bütün ölkə miqyasında dövlət bayramı kimi qeyd olunması üçün Azərbaycan Respublikasının Ali Soveti qarşısında vəsatət qaldırmışdı. 1993-cü ildə ikinci dəfə siyasi hakimiyyətə qayıdan ulu öndər xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması, məskunlaşdıqları ölkələrin ictimai-siyasi həyatında fəal iştirak etmələri məsələlərini daim diqqət mərkəzində saxlamış, onların problemlərinin həllini və hüquqlarının müdafiəsini təmin etmək üçün dövlətin imkanlarını səfərbər etmişdir. Ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə 2001-ci ilin noyabr ayında Bakıda keçirilmiş Dünya Azərbaycanlılarının I qurultayı xarici ölkələrdə yaşayan və fəaliyyət göstərən həmvətənlərimizin ümumi məqsəd, vahid Azərbaycançılıq ideyası ətrafında birləşməsi yolunda mühüm əhəmiyyət kəsb etmişdir.

Sonra tədbirin bədii hissəsi olmuşdur. Tələbələrin ifasında səslənən bir-birindən rəngarəng musiqilər və rəqs nömrələri tədbir iştirakçılarına xoş ab-hava yaşadıb. Səhnəyə Şaxta baba və Qar qızın gəlişi alqışlarla qarşılanıb.