Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

Güzəştlər

500 baldan yuxarı toplayan tələbələr 100%, 450-499 bal toplayan tələbələr 75%, 400-449 bal toplayan tələbələr 25% güzəştə düşürlər

DAHA ƏTRAFLI

“Vergi məcəlləsinin xüsusi hissəsinin praktiki izahı” adlı kitabın təqdimatı oldu

“Naxçıvan” Universitetinin müəllimi İsmayıl Bağırovun və Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin Hüquqi şəxslərin auditi şöbəsinin əməkdaşı Təbiət Tağıyevin “Vergi məcəlləsinin xüsusi hissəsinin praktiki izahı” adlı kitabı çapdan çıxıb.

Bu münasibətlə “Naxçıvan” Universitetində kitabın təqdimat mərasimi keçirilib. Tədbiri giriş sözü ilə universitetin tədris və tərbiyə işləri prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoylu açaraq müəllifləri təbrik etmiş, kitab haqqında məlumat vermişdir.

Qeyd olunmuşdur ki, 863 səhifədən ibarət olan dərs vəsaitində Azərbaycan Respublikasının vergi sisteminin strukturu, ölkədə fəaliyyət göstərən bütün vergi növləri maddələrlə izah edilmiş, vergilərin hesablanması sahəsində müxtəlif məsələlərin həlli nümunələri öz əksini tapmışdır.
Məlumat üçün qeyd edək ki, dərs vəsaiti iqtisadi ixtisaslar üzrə təhsil alan tələbələr, magistrlər, doktorantlar, müəllimlər, mühasibələr, iqtisadçılar, auditorlar,vergi sistemi işçiləri, vergi orqanlarında müstəqil surətdə öyrənmək istəyənlər üçün nəzərdə tutulmuşdur. Universitetin müəllimləri İqtisadiyyat kafedrasının müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru Dilsuz Qasımovun, İdarəetmə kafedrasının müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent İradə Bağırovanın, iqtisadiyyat kafedrasının müəllimi Zahid Qənbərovun, İdarəetmə kafedrasının  müəllimi Elvin Əlimərdanovun  və Mühasibat uçotu və audit ixtisasının IV kurs tələbəsi Məhərrəm Rəhimovun  çıxışları dinlənilmişdir. Onlar müəllifləri təbrik etmiş, yeni-yeni uğurlar arzulamışlar. Sonda müəllif İsmayıl Bağırov yaradılan şəraitə, göstərilən qayğıya minnətdarlıq etmişdir.

Onu da bildirək ki, kitaba universitetin tədris və tərbiyə işləri prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoylu, Vergilər nazirinin vergi siyasəti məsələləri üzrə müşaviri, iqtisad elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü  Akif Musayevin, Azərbaycan Dövlət İqtisad Universitetinin “Vergi və vergiqoyma” kafedrasının müdiri,iqtisad elmləri doktoru, professor Yaşar Kəlbiyevin və başqalarının rəyləri bildirilmişdir.