Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

“Vətəndə təhsil” imkanlarına dair vebinar keçirilib

 
  Mayın 20-də Gürcüstan, Ukrayna və Rusiyada yaşayan soydaşlarımız üçün Azərbaycanda təhsil imkanlarına dair vebinar keçirilib. Vebinar Təhsil Nazirliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə baş tutub. Tədbirdə 20 ali təhsil müəssisəsindən 30-dan çox əməkdaş, həmçinin adları keçən ölkələrdə yaşayan müxtəlif ictimai birlik, təşkilat rəhbərləri, üzvləri, o cümlədən Azərbaycanda təhsildə maraqlı olan abituriyent və tələbələr iştirak edib.

  Tədbir zamanı 6 ali təhsil müəssisəsinin təqdimatı keçirilib, Azərbaycanda təhsil imkanlarına dair məlumat verilib.

 “Naxçıvan” Universiteti adından danışan Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Rəcəb Cəfərli bildirib ki, əməkdaşı olduğu universitet 1999-cu ildən fəaliyyət göstərir. Hazırda Universitetdə 1277 nəfər bakalavr, 21 nəfər magistr, 28 nəfər doktorant və dissertant, 91 nəfər əcnəbi vətəndaş isə hazırlıq kursunda təhsilini davam etdirir. Universitetdə 4 fakültə - Pedaqoji, İqtisadiyyat , İdarəetmə və Xarici dillər fakültələri, 10 kafedra, 6 şöbə və 5 mərkəz fəaliyyət göstərir. Burada yaradılan şərait, professor-müəllim heyyəti məzunların tam peşəkar kadr kimi yetişməsinə imkan verir. “Naxçıvan” Universitetin dünyanın 50-dən artıq ali təhsil müəssisəsi ilə əməkdaşlıq etdiyini deyən məruzəçi vurğulayıb ki, bir çox beynəlxalq təhsil təşkilatının üzvü, beynəlxalq proqramların və layihələrin iştirakçısı olan ali təhsil müəssisəsi məzunlarına geniş iş imkanları yaradır.

  Vebinarın sonunda tədbir iştirakçılarının sualları cavablandırılıb.