Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

Güzəştlər

500 baldan yuxarı toplayan tələbələr 100%, 450-499 bal toplayan tələbələr 75%, 400-449 bal toplayan tələbələr 25% güzəştə düşürlər

DAHA ƏTRAFLI

“Vətənə bağlı şair ömrü” kitabının təqdimat mərasimi oldu

 

“Naxçıvan” Universitetinin Pedaqoji fakültəsinin təşkilatçılığı ilə Azərbaycan dili və ədəbiyyat kafedrasının dosenti,filologiya üzrə fəlsəfə doktoru Aypara Behbudovanın şair,publisist Vaqif Məmmədova həsr olunmuş  “Vətənə bağlı şair ömrü”  kitabının təqdimat mərasimi keçirilib. Tədbir başlamazdan əvvəl Aypara Behbudovanın kitablar toplusunu əks etdirən videoçarx nümayiş  etdirilmişdir. Tədbiri giriş sözü ilə universitetinin tədris və tərbiyə işləri üzrə prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoylu açaraq bildirmişdir ki, kitabda filologiya üzrə fəlsəfə doktoru, dosent Aypara Behbudovanın şair Vaqif Məmmədovun yaradıcılığına dair on beş il ərzində apardığı tədqiqatların bəhrəsi olan ayrı-ayrı məqalələri toplanmışdır. Bu kitab şairin yaradıcılığının əsas istiqamətlərini və mövzu dairəsini geniş şəkildə işıqlandırmaq baxımından təqdirə layiqdir. 

 

Tədbirdə Azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri, dosent Nüşabə Məmmədovanın,  həmin kafedranın müəllimləri İman Cəfərlinin, Nicat Yaqubovun və “Naxçıvan” Universiteti Elmi Kitabxanasının baş kitabxanaçısı Emilya Süleymanovanın və Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasının IV kurs tələbəsi  Könül Cəfərsoyun çıxışları dinlənilmişdir. Qeyd olunmuşdur ki,Aypara  müəllimə 50-dən çox elmi məqalənin, 9 kitabın tərtbiçisi və 5 kitabın müəllifidir. O özünün elmi-tədqiqat işini alim, nasir,pedaqoq, ictimai xadim olan Vaqif Məmmədova həsr etmiş, 2017-ci ildə  “V.Məmmədov xatirələrdə”, 2018-ci ildə isə şairin 70 illik yubileyi münasibətilə “Vətənə bağlı şair ömrü” adlı kitablarını çap etdirmişdir.Birinci kitabda Vaqif Məmmədovun həyat və yaradıcılığı haqqında görkəmli şəxslərin fikirləri, ikinci kitabda isə Aypara Behbudovanın Vaqif Məmmədovun yaradıcılığına dair apardığı tədqiqatların toplusu olan ayrı-ayrı məqalələri toplanmışdır. Bu kitabların ərsəyə gəlməsi onun bir neçə illik elmi axtarışlarının bəhrəsidir. Ümumimiyyətlə Vaqif Məmmədovun mövzu dairəsi geniş, əlvan və zəngindir. O gah oxucusunu Vətəni, torpağı, xalqı, insanları sevməyə çağırır, gah da,haqsızılığa küsür, dünyadan gileylənir. “Düzəlib yoluna düşməsə dünya, Deyəsən dünyadan küsəcəyəm mən “ deyir. Bəli, belə haqsızlıqlara   dözə bilməyən şair,  Aypara müəllimənin dediyi kimi, yarpaq-yarpaq töküldü, amma  xəzəl olmadı. Çünki onu yaşadanlar onu ölməyə, yaddan çıxarmağa qoymadılar.

 Sonda tədbirə universitetin rektoru, professor İsmayıl Əliyev yekun vuraraq Aypara Behbudovaya yaradıcılıq uğurları arzulamışdır. Müəllif ona yaradılan şəraitə, göstərilən qayğıya minnətdarlıq etmişdir.