Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

“Uşaq hüquqlarının sosial və hüquqi tərəfləri” mövzusunda onlayn konfrans keçirilib

  “Naxçıvan” Universiteti və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin birgə təşkilatçılığı ilə “Uşaq hüquqlarının sosial və hüquqi tərəfləri” mövzusunda onlayn konfrans keçirilib.

Onlayn konfransı giriş sözü ilə ali təhsil ocağının rektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Nurlana Əliyeva açaraq bildirib ki, uşaq hüquqlarının müdafiəsinin hərtərəfli təmin olunması ölkəmizdə uğurla həyata keçirilən dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir. Uşaqların keyfiyyətli təhsil almaları, yüksək dünya standartlarına cavab verən tibbi xidmətlərlə təmin edilmələri, hərtərəfli qayğı ilə əhatə olunmaları, onlar üçün zəruri şəraitin yaradılması, böyüməkdə olan nəslin layiqli vətəndaş kimi formalaşması ölkəmizdə dövlət uşaq siyasətinin başlıca prinsiplərindəndir.

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Təşkilat-nəzarət şöbəsinin rəisi, baş ədliyyə müşaviri Səttar Zamanov bildirib ki, muxtar respublikada uşaqlara hərtərəfli diqqət və qayğı göstərilir, yaxşı təhsil almaları, layiqli vətəndaş kimi formalaşmaları istiqamətində bir çox işlər görülür, müasir avadanlıqlarla, kitabxanalarla, idman zalları və müasir kompüter dəstləri ilə təchiz olunmuş yeni-yeni məktəb binaları tikilərək istifadəyə verilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 24 may tarixli Fərmanı ilə “Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası” təsdiq edilmiş, uşaq hüquqlarının müdafiəsi üçün dövlət qurumları arasında koordinasiya və nəzarət sistemi təkmilləşdirilmiş, monitorinq qrupu yaradılmışdır.

Daha sonra Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin əməkdaşları Reyhan Sadiqovanın "Uşaq hüquqları haqqında Azərbaycan Respublikası Qanunun" müddəalarının qısa məzmunu", Həbibə Əliyevanın “Ailə Məcəlləsinin uşaq hüquqları ilə bağlı olan müddəların şərhi”, Rəşad Allahverdiyevin “Uşaqların maddi ehtiyaclarının ödənilməsi üçün aliment almaq hüququnun qanunvericiliklə tənzimlənməsi” və “Naxçıvan” Universitetinin Beynəlxalq münasibətlər kafedrasının müəllimləri Gülçin Ağayevanın “Cənubi Afrika və Asiya bölgəsində uşaqların sosial vəziyyəti”, Aysel Abbasovanın “Müasir dövrdə uşaq hüquqlarının ən çox pozulduğu sahələr və bu problemlərin öhdəsindən ən yaxşı gələn ölkələr”, Nuray Hacıyevanın “Azərbaycanda uşaqlar dövlətin və cəmiyyətin daim diqqət mərkəzindədir” mövzusunda çıxışları dinlənilib.