Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

Güzəştlər

500 baldan yuxarı toplayan tələbələr 100%, 450-499 bal toplayan tələbələr 75%, 400-449 bal toplayan tələbələr 25% güzəştə düşürlər

DAHA ƏTRAFLI

“Sağlam qida, sağlam həyat, sağlam düşüncə” adlı tədbir keçirildi

5 mart 2019-ci il tarixində “Naxçıvan”  Universitetində Pedaqoji fakültənin  “Kimya və Biologiya  müəllimliyi”  II kurs tələbələrinin təşkilatçılığı ilə gənclər arasında sağlam qidalanmağın təbliği layihəsi çərçivəsində “Sağlam qida, sağlam həyat, Sağlam düşüncə” adlı tədbir keçirildi.

Tədbirin məqsədi xüsusilə tələbələr arasında sağlam qidalanmanın təbliği və səhər yeməyinin əhəmiyyətini vurğulamaqdır.  137 tələbə arasında keçirilən sorğunun nəticəsinə əsasən 38.7 % tələbə səhər yeməyi yemir, 34,3 % tələbə isə bəzən yeyir, bəzən yemir. Bu da 73% tələbənin nizamsız qidalanması deməkdir ki, problemin vacibliyini vurğulamaq istədik.

Tələbələrin hazırladıqları məruzələr həm müəllimlər, həm də tələbələr tərəfindən maraqla dinlənildi. Səhər menyusundakı zəruri qidaların faydaları vurğulandı.  Düzgün qidalanmaq mexanizmlərindən biri olaraq dekorativ təqdimatlar təşkilatçı tələbələr tərəfindən sərgiləndi. Tədbirdə 100-ə yaxın müəllim və tələbə iştirak etdi.

Tədbirin təşkilatçılığı “Naxçıvan” Universiteti Pedaqoji fakültəninin “Kimya-Biologiya Klubunun” üzvləri Züleyxa Əsgərova, Bağırova Şura, Salahova  Xalidə və Hüseynli Aysun tərəfindən edilmişdir.

Tədbirə çox böyük rəğbət göstərildi. Tədbirin çox mənalı və maraqlı keçdiyini bildirən qonaqlar ortaya qoyulmuş problemin aktuallığını vurğuladılar.  Bu tip tədbirlərin davamını arzuladılar.