Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

“Sərhəd hərəkatı-Dünya azərbaycanlılarının həmrəyliyinə gedən yol” mövzusunda konfrans keçirilib

  “Naxçıvan” Universitetində Ümumi tarix kafedrasının təşkilatçılığı ilə “Sərhəd hərəkatı-Dünya azərbaycanlılarının həmrəyliyinə gedən yol” mövzusunda elmi konfrans keçirilib.

Konfrans başlamazdan öncə Vətən müharibəsində qəhrəmanlıqla canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransı giriş sözü ilə ali təhsil ocağının rektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Nurlana Əliyeva açaraq bildirib ki, XX əsrin 80-ci illərinin sonunu Azərbaycan xalqının siyasi oyanışı, onun siyasi proseslərdə fəal iştirakı dövrü kimi səciyyələndirmək olar. Azərbaycan xalqının siyasi oyanışı 1987-ci ilin axırları – 1988-ci ilin əvvəlində başlayıb. 1989-cu il dekabrın 31 də Naxçıvanda başlanan sərhəd hərəkatı isə Azərbaycan xalqının müstəqillik arzularının təcəssümü idi. Bu addım sonradan, 1991-ci ildə Azərbaycanın müstəqilliyini elan etməsi üçün keçirilən yolun başlanğıcı kimi dəyərləndirilir. Bu gün biz öz birliyimiz və Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti nəticəsində 30 ilə yaxın həsrətimizə son qoyuldu. Cəmi 44 gün ərzində şanlı ordumuz düşmən işğalı altında olan öz əzəli torpaqlarımızı bizə qaytardı.

Daha sonra universitetin Ümumi tarix kafedrasının müəllimi, dosent Elçin Zamanovun “Azərbaycanlıların həmrəyliyi-milli bütövlük uğrunda mübarizənin təməl prinsipləri” mövzusunda məruzəsi dinlənilib.

Bildirilib ki, ulu öndər Heydər Əliyevin ən böyük arzularından biri də dünyada yaşayan azərbaycanlılar arasında birlik və həmrəyliyin formalaşdırılması idi.Buna isə ümummilli liderimiz 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işləyərkən nail olmuşdur. Məhz görkəmli dövlət xadiminin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 1991-ci il dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etmiş, həmin günün hər il bütün ölkə miqyasında dövlət bayramı kimi qeyd olunması üçün Azərbaycan Respublikasının Ali Soveti qarşısında vəsatət qaldırmışdı. 1993-cü ildə ikinci dəfə siyasi hakimiyyətə qayıdan ulu öndər xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması, məskunlaşdıqları ölkələrin ictimai-siyasi həyatında fəal iştirak etmələri məsələlərini daim diqqət mərkəzində saxlamış, onların problemlərinin həllini və hüquqlarının müdafiəsini təmin etmək üçün dövlətin imkanlarını səfərbər etmişdir. Ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə 2001-ci ilin noyabr ayında Bakıda keçirilmiş Dünya Azərbaycanlılarının I qurultayı xarici ölkələrdə yaşayan və fəaliyyət göstərən həmvətənlərimizin ümumi məqsəd, vahid Azərbaycançılıq ideyası ətrafında birləşməsi yolunda mühüm əhəmiyyət kəsb etmişdir. Məhz o birliyin nəticəsidir ki, 44 gün ərzində  yağı düşməni işğal olunmuş torpaqlarımızdan qovdular. 44 günlük müharibə Azərbaycan xalqının nə qədər vətənpərvər, böyük xalq olduğunu, milli birliyini, həmrəyliyini bütün dünyaya sübuta yetirdi. Bu günlərdə bir daha məlum oldu ki, 30 ilin torpaq həsrəti, əzabları xalqımızı sındırmayıb, onun iradəsinə mənfi təsir göstərməyib.

Sonda Pedaqoji fakültənin tələbləri tərəfindən hazırlanmış  “ Qarabağ Azərbaycandır” adlı sərgiyə baxış olub.