“RİYAZİYYAT VƏ İNFORMATİKA” KAFEDRASININ İCLASI OLUB

 

       Ali təhsil ocağının “Riyaziyyat və informatika” kafedrasının növbəti iclası keçirilib.

       Kafedranın müəllimlərinin iştirak etdiyi iclası açan kafedranın müdiri Səfa Əliyev iştirakçıları iclasın gündəliyi ilə tanış edib.

       İclasda kafedra üzrə dərslərin keçirilmə vəziyyəti, yaz semestrinə hazırlıq, tədris və pedaqoji təcrübələrin təşkili, tədris müəllimlərin seçkisi, eləcə də cari məsələlər müzakirə olunub.

       Sonra kafedra müdiri iştirakçıların suallarını cavablandırıb. İclas cari məsələlərin müzakirəsi ilə yekunlaşıb.