“RİYAZİYYAT VƏ İNFORMATİKA” KAFEDRASINDA ELMİ TƏDQİQAT İŞLƏRİNİN MÜZAKİRƏSİ KEÇİRİLİB

  

     “Naxçıvan” Universitetinin “Riyaziyyat və informatika” kafedrasının  Elmi tədqiqat işlərinin müzakirəsi ilə bağlı iclası keçirilib. İclasda kafedranın müəllimlərinin Elmi tədqiqat işi müzakirə olunub.

     Səbinə Vəkil qızı Mahmudovanın “Sosial şəbəkə sistemlərinin analizi”, Türkan İlyas qızı Əlibəyli və Səadət Nəcəf qızı Məmmədovanın “Təbii intellektual sistemlər. Süni intellektin mənşəyi ” mövzularındakı Elmi tədqiqat işləri müzakirə edilib.

     Müzakirədə kafedranın əməkdaşları iştirak edib. Tədqiqat işləri dinlənilib və kafedra əməkdaşlarının rəyləri eşidilib. Elmi tədqiqat işləri qənaətbəxş hesab edilib.