Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

Güzəştlər

500 baldan yuxarı toplayan tələbələr 100%, 450-499 bal toplayan tələbələr 75%, 400-449 bal toplayan tələbələr 25% güzəştə düşürlər

DAHA ƏTRAFLI

“Riyaziyyatı sevirik” adlı Riyaziyyat gecəsi təşkil edilmişdi

“Naxçıvan” Universitetinin Pedaqoji fakültəsinin Riyaziyyat və informatika müəllimliyi ixtisası üzrə tələbələri “Gənc riyaziyyatçılar klubu” başlığı altında “Riyaziyyatı sevirik” adlı Riyaziyyat gecəsi təşkil etmişlər. Tədbiri giriş sözü ilə fakültənin dekanı filologiya üzrə fəlsəfə doktoru Nurlana Əliyeva açaraq riyaziyyatçı tələbələrə uğurlar diləmiş, tələbələrimizin riyaziyyat fənni ilə bağlı atdıqları addımı alqışlamışdır. Sonra isə tələbələr mərhələ üzrə riyaziyyat fənnindəki yeniliklərdən, bir çox riyazi əməllərin hansı üsul və yollarla asanlıqla yerinə yetirilməsindən söhbət açmışlar. Misallar üzrə fikirlərini əsaslandıran tələbələr  elektron lövhənin köməyilə riyazi əməllərin alınmasını   göstərmiş, bir sıra misallarla fikirlərini əsaslandırmışlar.

Sonda “Gənc riyaziyyatçılar klubu”na  kömək və rəhbərlik edən Şamil Hümbətova minnətdarlıq edilmiş, bu cür tədbirlərin keçirilməsinin davamlığını arzulamışlar.