“NAXÇIVAN” UNİVERSİTETİNİN TƏLƏBƏLƏRİ İLƏ HAMİLİKLƏ BAĞLI NÖVBƏTİ GÖRÜŞ KEÇİRİLİB

 

       Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər haqqında” 2021-ci il 25 iyun tarixli Sərəncamının icrası ilə əlaqədar olaraq “Naxçıvan” Universitetinin “İqtisadiyyat” fakultəsinin “İqtisadiyyat” ixtisasının tələbələri ilə görüş təşkil edilib. 

       Tələbələrin bilik və bacarıqlarının artırılması istiqamətində keçirilən görüşdə “İqtisadiyyat” fakültəsinin dekanı Zakir Məmmədov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 3 aprel tarixli Sərəncamının kadr hazırlığı sistemində akademik hazırlığın təcrübə ilə əlaqəsinin vəhdətinə və yetişən kadrların gələcək karyera imkanlarına ən etibarlı təminat olduğunu bildirib. Müxtəlif təşkilatlarla keçirilən bu cür görüşlərin tələbələr üçün əhəmiyyətini bir daha vurğulayaraq qeyd edib ki, muxtar respublikanın bir çox sahəsində olduğu kimi iqtisadi sahədə də dinamik inkişaf uğurla davam etdirilir. Məhz buna görə də bu günkü görüşümüz Naxçıvan Muxtar  Respublikasının İqtisadiyyat Nazirliyinin əməkdaşları ilə təşkil edilib.      

       Görüşdə İqtisadiyyat Nazirliyinin əməkdaşları öz çıxışlarında tədbir iştirakçılarına ailə təsərrüfatlarının stimullaşdırılması və yaradılmış çoxşaxəli ailə təsərrüfatlarının iqtisadi əhəmiyyəti, həmçinin ailə təsərrüfatı məhsullarının tanıdılması istiqamətində aparılan işlər və xarici bazarlara çıxarılması prespektivləri haqqında ətraflı məlıumat vermişdir.

       Sonra mövzu ətrafında müzakirələr olub, tələbələri maraqlandıran suallar cavablandırılıb