“NAXÇIVAN” UNİVERSİTETİNİN TƏLƏBƏLƏRİ ŞƏHİDLƏR XİYABANINI ZİYARƏT EDİBLƏR

 

      “Naxçıvan” Universitetinin “Xarici dillər” fakültəsinin I kurs tələbələri Şəhidlər xiyabanını ziyarət ediblər. Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhid soydaşlarımızın əziz xatirələrini hörmətlə anıblar.

      Universitetin tələbələri Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin məqsədyönlü siyasəti, şanlı Ordumuzun gücü, qüdrəti ilə torpaqlarımızın işğaldan azad olunduğunu vurğulayıb, Vətən müharibəsində qazandığımız böyük Qələbədən sonsuz qürur hissləri keçirdiklərini deyiblər.

      Qeyd ediblər ki, şəhidlik zirvəsinə yüksəlmiş fədakar Vətən övladlarının əziz xatirəsinə həsr olunan tədbirlərin keçirilməsinin xüsusi əhəmiyyəti vardır.