“NAXÇIVAN” UNİVERSİTETİNİN REKTORU İLƏ “ECAR” LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ MÜSAHİBƏ KEÇİRİLİB

 

 

     “ECAR” layihəsi çərçivəsində “Naxçıvan” Universitetinin rektoru, dosent Nurlana Əliyeva ilə müsahibə keçirilib. Müsahibə zamanı  rektor “Azərbaycanda Rektorlar Konfransı” adlı layihənin əhəmiyyətindən danışıb. O, bildirib ki, layihənin məqsədi milli inkişaf strategiyalarına uyğun olaraq rektorlar konfransı vasitəsilə universitetlər arasında hərtərəfli əməkdaşlığı inkişaf etdirməkdir. Rektor əlavə edib ki, layihənin uğurla icrası beynəlxalq səviyyədə müvafiq tərəfdaşlarla bilik, bacarıq və təcrübə mübadiləsinin aparılması üçün faydalı əməkdaşlığın əsasını qoyacaq. Sözügedən layihə vaxtilə Azərbaycanda fəaliyyət göstərən Rektorlar Şurasının bərpa olunması üçün yaxşı platforma olacaq və bu sahədə hüquqi bazanın yaradılmasına töhfə verəcək. Əminik ki, ali təhsildə bu qəbildən olan layihələrin həyata keçirilməsi bütövlükdə Azərbaycanda ali təhsilin Avropa Ali Təhsil Məkanına inteqrasiyası ilə yanaşı, ölkəmizdə ali təhsil sahəsində həyata keçirilən islahatlarda, eləcə də ali təhsil müəssisələrinin beynəlxalq əlaqələrinin genişləndirilməsində, müəllim-tələbə əlaqələrində və beynəlxalq standartlara cavab verən kadrların hazırlanmasında müsbət rol oynayacaq və müasir dövrdə belə layihələrin həyata keçirilməsi təhsil sahəsində qlobal çağırışlara effektiv şəkildə cavab vermək baxımdan öz layiqli töhfəsini verəcək.

      Layihənin koordinatoru Gülşən Bayramova isə, 3 il müddətində həyata keçiriləcək layihədə görüləcək işlər və layihənin gözlənilən faydaları haqqında ətraflı məlumat verib.