“NAXÇIVAN” UNİVERSİTETİNİN MÜƏLLİMİ NÜMUNƏVİ DƏRS KEÇİB

 

        “Naxçıvan Muxtar Respublikasının elm, ali və orta ixtisas təhsili müəssisələri ilə ümumtəhsil məktəbləri arasında əlaqələrin təşkili haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2015-ci il 14 mart tarixli Sərəncamına əsasən, təşkil olunan nümunəvi dərslər ölkəmizin intellektual gələcəyi naminə atılan məqsədyönlü addımdır. Sərəncama əsasən, bölmənin, eləcə də ali və orta ixtisas təhsili müəssisələrinin professor və müəllim heyətinin iştirakı ilə muxtar respublikanın ümumtəhsil məktəblərində nümunəvi dərslər təşkil edilir. Məhz belə nümunəvi dərslərdən biri də “Naxçıvan” Universitetinin “Ümumi tarix” kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru Mehman Şabanov tərəfindən keçirilib.

        Naxçıvan şəhər Heydər Əliyev adına məktəbin VII sinif şagirdləri üçün “Slavyanların Azərbaycana qarətçi yürüşləri” haqqında danışan müəllim bu barədə  geniş məlumat verib. Şagirdlərin suallarına aydınlıq gətirib.