“NAXÇIVAN” UNİVERSİTETİNDƏ TƏLİM KEÇİRİLİB

 

        “Naxçıvan” Universitetində “Xarici dillər” fakültəsinin baş müəllimi Rüqiyyə Kərimovanın və peşəkar psixoloq, loqoped Əsmər Səfərovanın psixologiya sahəsinə həvəsli gənclər üçün birgə təlimi keçirilib.  

        Təlimdə “Bədən dili”nin əhəmiyyətindən danışan Rüqiyyə Kərimova bildirib ki, ünsiyyət dedikdə söz və dil başa düşülsə də, sosial psixologiya sahəsində aparılan tədqiqatlar, sözsüz verilən informasiyaların sözlə verilən informasiyalardan daha təsirli olduğunu göstərir. Qarşılıqlı münasibətlərdə sözlər 10 faiz, səs tonu 30 faiz, bədən dili isə 60 faiz rol oynayır. Buna görə də düzgün ünsiyyət qurmaq üçün bədən dilindən maksimum istifadə etmək lazımdır.

         Psixoloq Əsmər Səfərova “Öz həyatının qəhrəmanı ol” mövzusu ilə bağlı psixoloji cəhətdən öz fikirlərini bölüşüb, geniş, məzmunlu söhbət aparıb. Qeyd edib ki, zaman dəyişir və insanoğlu hər zaman yeniliklər üzərində axtarışda olur. İnsan o zaman  həyatda ozünə mövqe tuta bilər ki, cəmiyyət üçün yararlı fərd olsun, bütün hadisələrə öz mövqeyindən münasibət bildirə bilsin və ən əsası ozünün qəhrəmanına çevrilə bilsin. Doğrudur, istər hərb tariximizdə, istərsə də ədəbiyyatımızda kifayət qədər xalq qəhrəmanları motivləri vardır , amma insan həyatdakı uğurları, həyata keçirdiyi məqsədyönlü işləri ilə özünün qəhramanını formalaşdıra bilər.

         Təlimin təşkilindən olduqca razı qalan iştirakşılara sertifikatlar təqdim edilib.