“NAXÇIVAN” UNİVERSİTETİNDƏ NÜMUNƏVİ DƏRSLƏRİN KEÇİRİLMƏSİ ƏNƏNƏVİ HAL ALIB

 

     “Naxçıvan” Universitetində nümunəvi dərslərin keçirilməsi artıq ənənəvi hal alıb. Dərslərin təşkili yeni, əhəmiyyətli və davamlı bir tədbir olmaqla, bütövlükdə, təhsildəki sistematikliyi, ardıcıllığı möhkəmləndirir. Təhsildə “keyfiyyət” anlayışını əsas prioriteti kimi qəbul edən bu ali təhsil ocağı belə dərslərin təşkil etməklə təcrübə mübadiləsinin daha da dərinləşməsinə, yeni nəsillərin hərtərəfli hazırlığına ən əsası isə tədris mühitində yeni ab-havanın yaranmasına nail olmağı hədəfləyir. Bunu da qeyd edək ki, nümunəvi dərslərin keçirilməsi  həm tələbələr, həm də müəllimlər, eləcə də elmi dərəcəli mütəxəssislər üçün də çox faydalıdır.

     Universitetdə növbəti nümunəvi filologiya üzrə fəlsəfə doktoru, dosent İman Cəfərli tərəfindən " Vilyam Şekspir " mövzusunda keçirilib. “Azərbaycan dili və ədəbiyyat” ixtisası III kurs tələbələri üçün təşkil olunmuş dərsdə müəllim  müasir təlim metodlarından istifadə edərək tələbələri dərsə cəlb edib. Nümunəvi dərsdə “Azərbaycan dili və ədəbiyyat” kafedrasının müdiri Nüşabə Məmmədova və universitetin Keyfiyyət Təminatı Mərkəzinin müdiri Könül Babayeva iştirak edib. Dərs tələbələrin fəal iştirakı ilə davam edib və tələbələri maraqlandıran bir çox sual cavablandırılıb.