“NAXÇIVAN” UNİVERSİTETİ DAHA BİR BEYNƏLXALQ SƏVİYYƏLİ VEBİNARDA İŞTİRAK EDİB

 

     “Naxçıvan” Universiteti Azərbaycan Dövlət İqtisad Universitetində keçirilən beynəlxalq səviyyəli vebinarda iştirak edib. Mövzu “Keyfiyyət təminatında təcrübə mübadiləsi” olub.

      Türkiyə Respublikasının Hacəttəpə, Boğaziçi, Ankara, İstanbul və Yıldız Tekniki Universitetlərinin Keyfiyyət Təminatı Mərkəzlərinin rəhbərləri ilə yanaşı, ölkədə fəaliyyət göstərən 22 universitetin Keyfiyyət Təminatı Mərkəzlərinin rəhbərlərinin iştirak etdiyi vebinarda yeni akkreditasiya qaydaları və onun ali təhsil müəssisələri üçün yaratdığı öhdəliklər, ali təhsildə tələbə mərkəzli keyfiyyət təminatı sistemi və Hacəttəpə Universitetinin tətbiqi, Türkiyədə ali təhsilin dəyişən strukturu, Ankara Universitetinin keyfiyyət təminatı modeli və digər mövzularda məruzələr dinlənilib.

      Vebinarda mövzu ilə bağlı suallar cavablandırılıb, qarşılıqlı müzakirələr aparılıb.