Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

Güzəştlər

500 baldan yuxarı toplayan tələbələr 100%, 450-499 bal toplayan tələbələr 75%, 400-449 bal toplayan tələbələr 25% güzəştə düşürlər

DAHA ƏTRAFLI

“Naxçıvan şəhəri Gənclər Paytaxtıdır” mövzusunda tədbir keçirildi

 

Məlum olduğu kimi Naxçıvan şəhərinin 2018-ci ildə ölkəmizin “Gənclər paytaxtı”  seçilməsi ilə əlaqədar Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının və Naxçıvan Muxtar Respublikasının Gənclər fondlarının, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycan regionlarında fəal gənclərin və Gənclər təşkilatlarının üzvlərindən ibarət 100 nəfər gəncin Naxçıvan Muxtar Respublikasına eskursiyası təşkil olunub.

Səfər çərçivəsində qonaqlar “Naxçıvan” Universiteti ilə yaxından tanış  olmuş, ali təhsil ocağında “Naxçıvan şəhəri Gənclər Paytaxtıdır” mövzusunda tədbir keçirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun icraçı  direktoru Cəbi Quliyev çıxış edərək bildirib ki, tarixən hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini, ilk növbədə gənc nəsillə bağlayır. Gənc nəslin yetişdirilməsi hər bir ölkə üçün ən başlıca məsələdir. Həmçinin dünyanın istənilən ölkəsində gənclər də sosial-iqtisadi inkişafın aparıcı qüvvələrindən biri, cəmiyyətin islahatlarını hərəkətə gətirən təbəqəsi və yaşlı nəslin davamçısı hesab olunur.Gənclər cəmiyyətin ən dinamik  zümrəsi  olmaqla ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edir, ölkədə baş verən bütün proseslərin mərkəzində dayanırlar. Azərbaycan gənclərinin günümüzün müasir inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi  formalaşmasında, birmənalı olaraq,dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu olmuşdur. Bu siyasətin banisi isə xalqımızın ümummilli lideri Heydər Əliyevdir. Ulu öndər Heydər Əliyevin gənclər siyasəti əsrlər boyu xalqımızın malik olduğu milli mənəvi dəyərlər əsasında, müstəqillik, dövlətçilik, azadlıq və onların qorunması uğrunda mübariz ruhlu gənc nəslin yetişdirilməsindən ibarət olub. Ümummilli liderimiz həmişə gənclərimizə böyük ümidlər bəsləyir,dəfələrlə qeyd edirdi ki,Azərbaycanın gələcəyi gənclərin əlindədir. Ulu öndərin ən böyük xidmətlərindən biri də o idi ki, gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edirdi.

Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov  çıxışında qeyd edib  ki,Muxtar respublikada ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi dövlət gənclər siyasəti uğurla davam etdirilir. Gənclərin hərtərəfli inkişafı, asudə vaxtlarının səmərəli təşkili, fiziki sağlamlığının qorunması diqqətdə saxlanılır, zəruri infrastruktur yaradılır. Görülən işlərin nəticəsidir ki, muxtar respublikada yüksək intellektli, vətənpərvər, milli düşüncəyə malik gənclər formalaşır. Onlar müxtəlif sahələrdə uğurlar qazanır, Azərbaycanın adını daha da yüksəklərə qaldırırlar. Məhz bu amillər nəzərə alınaraq Naxçıvan şəhəri 2018-ci il üçün Gənclər Paytaxtı seçilib. Nazir onu da diqqətə çatdırmışdır ki,Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən Naxçıvan şəhərinin 2018-ci il üçün ölkəmizin Gənclər Paytaxtı seçilməsi ilə əlaqədar “Hünər” XII Vətənpərvərlik Mahnıları Festivalı, Əcəmi Seyrangahında və Naxçıvan şəhərindəki mərkəzi meydanda konsert proqramları,Ağbulaq  İstirahət Mərkəzində muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələrinin və idman federasiyalarının idmançılarının iştirakı ilə gənclərin qış və yay məktəbləri təşkil olunmuşdu.Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında “Gənclər bağları” salınmış, gənclər arasında “Xəmsə” Milli intellektual oyunu ilə yanaşı, yeni intellektual oyunlar olan “Xəzinə” axtarışı və “Strateji” İntellektual Oyunu (Poliqon) keçirilmiş , yeniyetmələr arasında Kim? Nə? Hara? İntellektual oyununun I Naxçıvan Muxtar Respublika  çempionatına start verilmiş,ilk dəfə olaraq gənclər arasında sosial şəbəkələrdə fotomüsabiqə, ali və orta ixtisas təhsili müəssisələrinin birinci kursuna daxil olmuş gənclərlə “Gələcəyə doğru” adı altında görüş, “Gənclər paytaxtının ən yaxşı Tələbə Gənclər Təşkilatı” adlı yarış keçirilmiş, bundan başqa, “Kitablar tozlanmasın" layihəsinə start verilmişdir.

Tədbirdə Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru  Fərid Cəfərov isə çıxışında bu gün cəmiyyətimizin intellektual hissəsini təşkil edən gənclərimiz ictimai-siyasi və sosial-iqtisadi həyatın bütün sahələrində təmsil olunduqlarını ifadə edib. Bu gün də Azərbaycanda gənclər siyasəti uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məqsədyönlü siyasətinin nəticəsidir ki, bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayırlar. Hazırda respublikada mövcud olan yüzlərlə qeyri-hökumət və gənclər təşkilatlarının aktiv fəaliyyəti dövlətin yaratdığı şərait sayəsində mümkün olub. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsi Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissini artırıb. Gənclərimiz iştirak etdikləri beynəlxalq olimpiadalarda və idman yarışlarında yeni-yeni qələbələrlə ölkəmizin şərəfini ucaldıblar.

Sonra Naxçıvan Dövlət Universitetinin tələbəsi Hüseyn İmanovun və “Asan” könüllülər” İctimai Birliyinin sədri Səbinə Cabbarovanın çıxışları dinlənilib. Sonda tədbir iştirakçıları Naxçıvan Televizyası tərəfindən hazırlanan “Naxçıvan şəhəri Gənclər Paytaxtı” filminə baxıblar.