Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

“Naxçıvan”Universitetinin tələbələri istehsalat təcrübəsinə başlayıblar

“Naxçıvan” Universitetində İqtisadiyyat və İdarəetmə fakültələrinin əyani şöbəsinin “İqtisadiyyat”, “Turizm və otelçilik”, “Mühasibat uçotu və audit”, “Beynəlxalq münasibətlər” və “Maliyyə” ixtisasları üzrə IV kurs tələbələrinin 2019-2020-ci tədris ilinin payız semestrində keçəcəkləri istehsalat təcrübəsinə həsr olunmuş başlanğıc konfransı keçirilib. Konfransı giriş sözü ilə universitetin prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoylu açaraq istehsalat təcrübəsinin əhəmiyyətindən və təcrübə qaydalarından danışaraq onlara uğurlar arzulayıb. Bildirilib ki, ali məktəb tələbələrinin tədris prosesinin vacib istiqamətlərindən biri istehsalat təcrübəsidir.

Konfransda İdarəetmə fakültəsinin dekanı Naim Cahidzadə “Mühasibat uçotu və audit”, “Maliyyə”, “Beynəlxalq münasibətlər” ixtisaslarında istehsalat təcrübəsinin keçirilməsinə dair, İqtisadiyyat fakültəsinin dekan müavini Vaqif Hüseynov “İqtisadiyyat” və “Turizm və otelçilik” ixtisaslarında istehsalat təcrübəsinin keçirilməsinə dair çıxışları dinlənilib.

Qeyd olunub ki, 93 tələbə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyində, Naxçıvan Muxtar Respublikası Turizm Departamentində, Mərkəzi Bankda, Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində 7 həftəlik təcrübə keçəcəklər.

Sonda çıxış edən Tədris hissə müdiri Anar Abuzərli istehsalat təcrübəsinin keçirilmə qaydaları və müddəti haqqında məlumat verib.