Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

“Naxçıvan” Universitetinin Xarici dillər fakültəsi Elmi Şurasının iclası keçirilib

   İclasda fakültə Elmi şurasının gündəliyi oxunub, təkliflər nəzərə alınmaqla gündəlikdə duran məsələlərin müzakirəsinə başlanılıb.Çıxış edən universitetin rektoru, dosent Nurlana Əliyeva bildirib ki, “Naxçıvan” Universiteti işini müasir tələblər səviyyəsində qurub. Buna görə də ali təhsil müəssisələri arasında tədrisin keyfiyyəti baxımından qabaqcıl yer tutur. Keçirilən bu cür iclaslar vasitəsi ilə görülən işlərin keyfiyyətinin artırılması, illik iş planına uyğun təşkil olunması və problemlərin aradan qaldırılmasına nail oluruq. Bundan başqa daxili məsələlərin həlli, problemlərin vaxtında aşkarlanaraq, aradan qaldırılması baxımından da belə iclasların keçirilməsi önəmlidir. Bu vasitə ilə həm də müəllim və tələbələri maraqlandıran bir sıra problemlər, onlar tərəfindən verilən təkliflər operativ şəkildə həllini tapır, növbəti mərhələdə problemlərin aradan qaldırılmasına zəmin formalaşır.

   Sonra şura üzvlərinin çıxışları dinlənilib.

   Gündəlikdəki məsələlərlə bağlı ilk çıxışı “Xarici dillər” fakültəsinin dekanı Yasin Babazadə edib. O, dördüncü kurs tələbələrinin imtahan sessiyasına hazırlığının vəziyyəti barədə məlumat verib. İmtahan sessiyasına hazırlığın uğurla davam etdiyini bildirib. Fakültənin dekan müavini Sərxan Musayev də görülən işlərdən danışıb.

   Ardından şura üzvləri, “Xarici dillər” kafedrasının müdiri Anara Nəsirli və “İlahiyyat” kafedrasının müdiri Xəfayət Əliyeva dövlət imtahanlarına hazırlığın vəziyyətindən və fakültədə açıq dərslərin keçirilməsindən danışıblar. Tələbələrin uğurlu nəticə qazanması üçün görülən işlər haqqında məlumat veriblər.

   “Xarici dillər” fakültəsinin tyutoru Nail Novruzov isə cari tədris ilinin ikinci yarısında yerinə yetiriləcək tədris tapşırıqlarının vəziyyəti haqqında məlumat verib. İclasda həmçinin istehsalat təcrübəsinə hazırlıq və təcrübə keçəcək tələbələrlə aparılan işin vəziyyəti haqqında  məlumat verilib. Bildirilib ki, təcrübə ilə bağlı qarşıda duran vəzifələrin icrasına dekanlıq daim nəzarət edir.

   Sonra elmi şura üzvləri tərəfindən cari məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, təkliflər dinlənilib.

   İclasın sonunda rektor, dosent Nurlana Əliyeva qarşıda duran məsələlərlə bağlı tapşırıq və tövsiyyələrini verib.