Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR
 Yarışda “Naxçıvan” Universitetinin Pedaqoji fakültəsinin Bədən tərbiyəsi və idman ixtisası üzrə təhsil alan I kurs tələbəsi Qasımov Rəşad Rövşən oğlu 16-17 yaş qrupunda şəxsi döyüş üzrə 1 gümüş, komanda üzrə isə 1 bürünc medal qazanaraq Avropa ikincisi olub.
Qeyd edək ki, çempionatda 20 Avropa ölkəsindən 1500 nəfər idmançı iştirak edib. Yarışda iştirak edən idmançılar 3 kateqoriya üzrə (WKF, Şobu Nihon və Şobu Sanbon) mübarizə aparıblar. Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyası idmançıları da bu çempionatda iştirak ediblər. 7 idmançı 1 məşqçi müəllimlə yarışa qatılan komandamız 18 medalla (5 qızıl, 2 gümüş, 11 bürünc) geri qayıdıblar.