Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

“Naxçıvan” Universitetinin tələbələri Gülüstan Tarix Mədəniyyət Qoruğunda açıq dərs keçiblər

 “Naxçıvan” Universitetinin Pedaqoji fakültəsinin Coğrafiya müəllimliyi üzrə təhsil alan I və II kurs tələbələrinə Gülüstan Tarix Mədəniyyət Qoruğunda açıq dərs keçirilib. Ekskursiyanın qatarla təşkil olunması tələbələrdə böyük maraq yaradıb. “Naxçıvan” Universitetinin “Təbiət elmləri” kafedrasının müəllimi dosent Nazim Bababəyli tərəfindən keçirilən dərsdə Gülüstan Tarix Mədəniyyət Qoruğu haqqında geniş və aydın məlumat verilib.

Bildirib ki, Culfa rayonu yaxınlığında yerləşən Gülüstan türbəsi Azərbaycan memarlarının daş sənəti incisidir. Gülüstan türbəsi sərdabə qatı yer üstünə qaldırılan və ona görə bayır tutumu ikiqatlı quruluş alan qülləvari türbə tipinə aiddir. Bu tipin formalaşmasında, türbənin ikiqatlı quruluş gələnəyini saxlamaq şərtilə, memarın yerüstü tutuma daha mürəkkəb və plastik biçim vermək istəyi, eləcə də abidənin nisbətən kiçik ölçülü olması müəyyən rol oynamışdır. Türbənin qülləvari tutumu ilə onu üzərində saxlayan kürsülüyün kompozisiya əhəmiyyətini artırmaq üçün aparılan axtarışların da ayrıca qat şəklində inkişaf etmiş kürsülük yaranmasına təsiri az olmamışdır. Gülüstan türbəsi tipli abidələrin biçimcə silindrik və prizmatik gövdəli minarələrin alt hissələrinə bənzərliyi də qeyd edilməlidir. Belə bənzərliyin kökünü mütəxəssislər Gülüstan türbəsinin kompozisiyasının kvadrat özüldən çoxüzlüyə keçməsi ilə əsaslandırırlar. Üstündə kitabəsi qalmadığından türbənin tikilmə tarixi, sifarişçisi, kimin şərəfinə tikilməsi və memarı bilinmir. Mütəxəssislər türbəni üslubi xüsusiyyətlərinə görə XIII əsrin başlanğıcına aid edirlər. Əcəminin Naxçıvanda ucaltdığı iki bəlli türbə kimi Gülüstan türbəsinin tağçalarının içi də naxışla doldurulmuşdur. Üç tip həndəsi naxış çeşnisinin üzlərdəki üçpərli tağçalarda ardıcıl təkrarı ancaq yaxından duyulur.

Daha sonra qatarda geri qayıdarkən Culfa rayonu ilə Naxçıvan şəhəri arasında yerləşən bölgənin təbiəti, flora və faunası haqqında tələbələr məlumatlandırılıb.