Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

“Naxçıvan” Universitetinin tələbələri “Duzdağ Fizeoterapiya Mərkəzi”ndə olublar

  “Naxçıvan” Universitetinin Coğrafiya ixtisasında təhsil alan bir qrup tələbəsi müvafiq tədris planına uyğun olaraq “Duzdağ Fizeoterapiya Mərkəzi"ndə və Duzdağ mədənində açıq dərs keçiblər.

  “Naxçıvan” Universitetinin Təbiət elmləri kafedrasının müəllimi, dosent Nazim Bababəyli tərəfindən keçirilən açıq dərsdə tələbələr əyani olaraq Duzdağ Fizeoterapiya Mərkəzi” və Duzdağ mədəni ilə tanış olublar.

  Bildirib ki, ötən əsrin 70-ci illərində mədənin cənub tərəfində iş aparılarkən şaxtaçılar qədim tunelə daxil olub, burada alətləri ilə birlikdə dörd insan skeleti aşkar ediblər. Skeletlər istifadə olunan daş alətlərinə əsasən e.ə. III-II minilliklərinə aid edilib. Bu alətlər I Kültəpə və II Kültəpənin dəqiq stratiqrafik kontekstlərindən aşkar olunan daş çəkiclərlə bənzərdir. Naxçıvan duzunun tarixdə oynadığı mühüm rolu dünyaya çatdırmaq, aparılan elmi tədqiqatların nəticələrinin sistemləşdirilməsini, elmi araşdırmalar zamanı əldə olunmuş maddi-mədəniyyət nümunələrinin qorunub saxlanılmasını və təbliğini təmin etmək məqsədi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 12 sentyabr 2017-ci il tarixli Sərəncamına əsasən Naxçıvan Duz Muzeyi yaradılıb.

  Qeyd olunub ki, Naxçıvan şəhərinin salınması və şəhər ənənələrinin formalaşmasını özündə əks etdirən bu nadir muzeyin mövcudluğu və fəaliyyəti muxtar respublikamız, eləcə də ölkəmiz üçün əhəmiyyət kəsb edir.