Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

Güzəştlər

500 baldan yuxarı toplayan tələbələr 100%, 450-499 bal toplayan tələbələr 75%, 400-449 bal toplayan tələbələr 25% güzəştə düşürlər

DAHA ƏTRAFLI

“Naxçıvan” Universitetinin sonuncu kurs tələbələrinə vakansiyalar təqdim olunub

  “Naxçıvan” Universitetində pedaqoji profilli ixtisasların buraxılış kurs tələbələri ilə görüş keçirilmiş, məzunlar ümumtəhsil məktəblərində vakant müəllim yerləri ilə tanış ediliblər.

  “Naxçıvan” Universitetinin prorektoru Bağırsoylu Hüseyn çıxış edərək bildirib ki, əsas məqsədi pedaqoji profilli ixtisaslarda oxuyan tələbələrə təhsildəki yeniliklər haqqında məlumat verilməsi, onların ümumtəhsil məktəblərində pedaqoji təcrübələrinin təşkili, tələbələrin dərslik və metodiki vəsaitlərin müzakirəsində iştirakının təşkili, müəllim təcrübəsinin paylaşılması və məzunların işlə təmin edilməsindən ibarət olan “Sabahın müəllimi” layihəsi Muxtar Respublikada innovativ təcrübəli müəllim kadrların hazırlanmasına müsbət təsir göstərən yeni layihədir.

Tədbirdə iştirak edən Naxçıvan Muxtar Respublikası Təhsil nazirinin müavini Ovni Muradov qeyd edib ki, “Sabahın müəllimi” layihəsinə uyğun olaraq Muxtar Respublikada gənc kadrların işlə təminatı diqqətdə saxlanılan məsələlərdəndir. “Naxçıvan Muxtar Respublikasında müəllimlərin ümumtəhsil müəssisələrinə işə qəbul qaydaları”na uyğun olaraq müəllimlərin dövlət ümumi təhsil müəssisələrinə işə qəbulu müsabiqə yolu ilə həyata keçirilir.

Sonra Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Aparatının Şöbə müdiri Abdulla Əsgərov pedaqoji profilli ixtisasların buraxılış kurs tələbələrinə slaydlar vasitəsilə Muxtar Respublika ümumtəhsil məktəblərində olan vakant müəllim vəzifələri, Naxçıvan Muxtar Respublikasında müəllimlərin ümumtəhsil müəssisələrinə işə qəbul qaydaları və pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlər haqqında geniş məlumat verib.

  Şərur rayon Havuş kənd tam orta məktəbinin tarix müəllimi Rəfail Hüseynov çıxış edərək Muxtar Respublikanın şəhər və rayon mərkəzləri ilə yanaşı ucqar kəndlərində də gənc kadrlar üçün yaradılan şəraitə, müəllim əməyinə verilən yüksək qiymətə və gənclərin inkişafına yaradılan şəraitə görə həmkarları adından Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinə minnətdarlıq bildirib.