Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

“Naxçıvan” Universitetinin qəbul planına yeni ixtisaslar daxil edilib

  Hər zaman təhsil səviyyəsinin yüksəkliyi ilə seçilən “Naxçıvan” Universitetində 2020-2021-ci tədris ili üçün bakalavr səviyyəsində 410 yer, magistratura səviyyəsində 21 yer tələbə qəbulu planı nəzərdə tutulmuşdur.

Bakalavr səviyyəsində kadr hazırlığı aparılan Azərbaycan dili və ədəbiyyat müəllimliyi, Coğrafiya müəllimliyi, Tarix müəllimliyi, Xarici dil müəllimliyi (ingilis dili), Beynəlxalq münasibətlər, Dinşünaslıq, Filologiya (alman dili və ədəbiyyatı), İqtisadiyyat, Mühasibat, Maliyyə, Turizm işinin təşkili ixtisasları ilə yanaşı, qəbul planına yeni ixtisaslar daxil edilib. Bu ildən universitetdə Beynəlxalq ticarət və logistika, İnformasiya texnologiyaları, Kompüter mühəndisliyi, Tərcümə (ingilis dili), Riyaziyyat müəllimliyi ixtisasları üzrə də qəbul aparılacaq.

Magistratura səviyyəsində qəbul aparılan Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası və metodologiyası, Xarici dilin tədrisi metodikası və metodologiyası, Riyaziyyat fənninin tədrisi metodikası və metodologiyası, Coğrafiya fənninin tədrisi metodikası və metodologiyası, Pedaqogika nəzəriyyəsi və tarixi ixtisasları ilə yanaşı, bu ildən İqtisadiyyatın tənzimlənməsi, Bank işi, İslamşünaslıq, Dinin fəlsəfəsi, Dilşünaslıq (ingilis dili) ixtisasları da qəbul planına əlavə edilib.

Qeyd edək ki, yüksəkixtisaslı kadr hazırlığı aparmaq üçün “Naxçıvan” Universiteti kifayət qədər maddi-texniki baza və kadr potensialına malikdir. 7 binadan və yardımçı qurğulardan ibarət möhtəşəm universitet şəhərciyində arxitektura və pedaqoji baxımdan mükəmməl olan tədris korpusları, yüksək zövqlə dizayn edilmiş mühazirə və məşğələ otaqları, kabinə və mərkəzlər mövcuddur. Təlim prosesində ən son modifikasiyalı texnologiyalardan istifadə olunur.

Universitet dünyanın 51 ali təhsil müəssisəsi ilə əməkdaşlıq edir.