Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

“Naxçıvan” Universitetinin prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoylu Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbdə nümunəvi dərs keçib

   “Naxçıvan Muxtar Respublikasının elm, ali və orta ixtisas təhsili müəssisələri ilə ümumtəhsil məktəbləri arasında əlaqələrin təşkili haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2015-ci il 14 mart tarixli Sərəncamına əsasən ali təhsil müəssisələri, elm ocaqları tərəfindən keçirilən nümunəvi dərslər davam edir.

  Universitetin prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoylu tərəfindən, Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbdə "Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişafı" mövzusunda keçirilən dərs şagirdlər tərəfindən maraqla qarşılanıb.

  Dərsdə qeyd olunub ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan, bu gün ölkə prezidenti İlham Əliyev tərəfindən davam etdirilən iqtisadi siyasət, ölkəmizin ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasında da uğurla həyata keçirilir. Bu uğurlu sosial-iqtisadi siyasət nəticəsində hərtərəfli inkişaf təmin edilmiş, vətəndaşların sosial rifah halı daha da yüksəlmişdir. Görülən işlərin nəticəsi kimi muxtar respublikamızda özəl sektor ildən-ilə inkişaf edir, yeni iş yerləri açılır, geniş infrastruktur layihələri yüksək peşəkarlıqla həyata keçirilir. Qazanılan nailiyyətlərin əsasında dayanan mühüm faktorlardan biri də icrası uğurla davam etdirilən Dövlət proqramlarıdır. Muxtar respublikanın iqtisadi potensialının daha da gücləndirilməsi üçün sosial-iqtisadi həyatın müxtəlif sahələrində kompleks tədbirlərin həyata keçirilməsi nəzərdə tutulan “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 29 mart tarixli Fərmanı ilə təsdiq olunmuşdur. Dövlət proqramının icrası dinamik inkişafın davam etdirilməsi, investisiya mühitinin daha da yaxşılaşdırılması, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi üçün yeni imkanlar yaratmışdır.

  Prorektor vurğulayıb ki, bu gün muxtar respublika iqtisadiyyatında istehsalyönümlü müəssisələrin yaradılması, istehsalda innovativ yeniliklərin tətbiqi diqqət mərkəzində saxlanılır. Dövlət tərəfindən belə sahələrin yaradılmasına güzəştli kreditlərin verilməsi, sahibkarlıq subyektlərinin fəaliyyəti üçün nəzərdə tutulmuş digər stimullaşdırıcı tədbirlər istehsalçılar üçün geniş imkanlar açır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 6 fevral tarixli Sərəncamı ilə muxtar respublikanın ixrac potensialının artırılması və ixraca dövlət dəstəyinin daha da gücləndirilməsi məqsədilə 2020-ci ilin Naxçıvan Muxtar Respublikasında “İxrac ili” elan edilməsi, 2021-ci ilində “İxrac ili” kimi saxlanılması, 2020-ci il 6 mart tarixli Sərəncamla təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında ixrac potensialının və ixraca dövlət dəstəyinin artırılması ilə bağlı Tədbirlər Planı” muxtar respublikada iqtisadi strategiyanın sahibkarlıq subyektlərinin əlaqələrinin inkişaf etdirilməsinə, istehsal olunan məhsulların ixrac imkanlarının artırılmasına yönəl¬dildiyini bir daha təsdiq edir. Pandemiya səbəbindən 2021-ci ilin muxtar respublikada “İxrac ili” kimi davam etdirilməsi yerli sahibkarlara ixrac üçün yeni imkanlar açır. Cari ilin ilk rübündə bir il öncəyə nisbətən 4,2 faiz çox, yəni 31 milyon 270 min 400 manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunmuş, 12 milyon 238 min 600 ABŞ dolları dəyərində kənd təsərrüfatı, o cümlədən meyvə və tərəvəz məhsulları ixrac olunmuşdur. Qeyd olunan bu rəqəmlər isə uğurlu iqtisadi siyasətin real sübutudur.

  Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişafı haqqında geniş məlumatın verildiyi dərsin sonunda şagirdləri maraqlandıran suallar da cavablandırılıb.