Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

“Naxçıvan” Universitetinin müəllimləri Muxtar Respublikamızdaki tam orta məktəblərdə nümunəvi dərslər keçməyə davam edir

 “Naxçıvan Muxtar Respublikasının elm, ali və orta ixtisas təhsili müəssisələri ilə ümumtəhsil məktəbləri arasında əlaqələrin təşkili haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2015-ci il 14 mart tarixli Sərəncamına əsasən təşkil olunan nümunəvi dərslər ölkəmizin intellektual gələcəyi naminə atılan məqsədyönlü addımdır. Qeyd edək ki, ali təhsil müəssisələri, elm ocaqları tərəfindən bu cür dərslərin keçirilməsi artıq ənənə halını alıb.

 Növbəti belə dərs universitetin “İdarəetmə” kafedrasının müdiri, iqtisadiyyat üzrə fəlsəfə doktoru, dosent İradə Bağırova tərəfindən 23 aprel tarixində keçirilib. Babək rayon Xalxal kənd tam orta məktəbində “sənaye məhəllələri” mövzusunda keçirilən dərs şagirdlər tərəfindən maraqla qarşılanıb.

 Sənaye məhəllələri, onların yaradılmasının iqtisadi cəhətdən faydaları və.s. haqqında ətraflı məlumat verən dosent, sonda şagirdləri maraqlandıran suallara da aydınlıq gətirib.