Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

“Naxçıvan” Universitetinin kollektivi “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksini ziyarət ediblər

 

  “Naxçıvan” Universitetinin kollektivi muzey günləri çərçivəsində Naxçıvan şəhərində yerləşən “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksini ziyarət ediblər. Muzeyin bələdçisi tərəfindən muzey haqqında universitet əməkdaşlarına məlumat verilib.

Bildirilib ki, "Naxçıvanqala" Tarix-Memarlıq Muzey Kompleksi 5 min il bundan əvvəl Naxçıvan qədim şəhər mədəniyyətinin formalaşdığı əraziyə daxildir. Şəhərin cənub-şərqində yerləşən bu tarixi qalanın inşa tarixi 632-652-ci illərə aid olunur. Müharibələr nəticəsində Naxçıvanqala bir neçə dəfə dağıdılmış və bərpa edilmişdir. 2010-cu ildə isə yenidən bərpasına başlanmış və əsaslı yenidənqurma işlərindən sonra 2014-cü ildə muzey kompleksi kimi fəaliyyətə başlamışdır.

Muzey fondunda 540-dan çox eksponat vardır. Eksponatların əksəriyyəti ekspozisiyada nümayiş etdirilir. E. ə. V minilliyə aid təsərrüfat küpü, e. ə. V-III minilliyə aid müxtəlif məişət əşyaları, Son Tunc və Erkən Dəmir dövrünə aid keramika məmulatları, mis alətlər, qəbirüstü abidələr, silahlar, zirehli geyim hissələri muzeyin qiymətli eksponatlarındandır. Burada həmçinin xalça və XIX əsrə aid milli geyimlər də nümayiş olunur.

Kompleksin mağara hissəsində də bərpa işləri aparılmışdır. Arxeoloji qazıntılar zamanı ərazidə tapılan məişət əşyaları, dulusçuluq məmulatları, məzar daşları, baş daşları və s. eksponat kimi qorunur və nümayiş olunur.