Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

“Naxçıvan” Universitetinin İdarəetmə fakültəsi Elmi Şurasının iclası keçirilib

   İclası universitetin prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoylu açıb. Bildirib ki, bir çox ölkələrin universitetləri ilə sıx əlaqələri olan, gün keçdikcə bu əlaqələri daha da genişləndirən təhsil ocağı işini də dünya standartlarına cavab verəcək şəkildə qurub. Bu baxımdan belə iclasların keçirilməsi görülən işlərin keyfiyyətinin artırılması, illik iş planına uyğun təşkil olunması və problemlərin aradan qaldırılması baxımından vacibdir. Həm də bu vasitə ilə müəllim və tələbələri maraqlandıran məsələlər və təkliflər universitetin idarəedici heyyətinə çatdırılır.

    Sonra şura üzvlərinin çıxışları dinlənilib.

   Gündəlikdəki məsələlərlə bağlı ilk çıxışı “İdarəetmə” fakültəsinin dekanı Naim Cahidzadə edib. O, 4cü kurs Tələbələrinin imtahan sessiyasına hazırlığının vəziyyəti barədə məlumat verib. İmtahan sessiyasına hazırlığın uğurla davam etdiyini bildirib.

   Ardından şura üzvləri “İdarəetmə” kafedrasının müdiri İradə Bağırova və “Ümumi tarix” kafedrasının müdiri Mehman Şabanov dövlət imtahanlarına hazırlığın vəziyyətindən danışıb. Tələbələrin uğurlu nəticə qazanması üçün görülən işlər haqqında məlumat veriblər.

    İstehsalat təcrübəsinə hazırlıq və təcrübə keçəcək tələbələrlə aparılan işin vəziyyəti haqqında məlumat verib. Təcrübə zamanı görəcəkləri işlər barədə məlumatlandırıldıqlarını diqqətə çatdırıb.

   Sonra elmi şura üzvləri tərəfindən digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, təkliflər dinlənilib. İqtisad elmləri doktoru Mehdi Bağırovun 2 metodik göstərişi və 1 dərs vəsaiti haqqında məlumat verilib.

  İclasın sonunda prorektor, iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoylu qarşıda duran məsələlərlə bağlı tapşırıq və tövsiyyələrini verib.