Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

“Naxçıvan” Universitetinin Elmi kitabxanasında “Azərbaycanın özü qədər əbədi olan şəxsiyyət” adlı sərgi açılıb

“Naxçıvan” Universitetinin Elmi kitabxanasında müasir Azərbaycan Respublikasının memarı və qurucusu ümummilli lider Hеydər Əliyеvin anadan olmasının 97 illiyi münasibətilə sərgi açılıb.

“Azərbaycanın özü qədər əbədi olan şəxsiyyət” adlı sərgidə ulu öndər Heydər Əliyevin şərəfli həyat yolunun və siyasi fəaliyyətinin müxtəlif məqamlarını əks etdirən kitablar nümayiş olunur. Burada “Heydər Əliyev və milli-tarixi yaddaşın bərpası”, “Heydər Əliyev siyasəti: tariximizdə və günümüzdə”, “Heydər Əliyev dövlətçilik təlimi və müasir dövr”, “Siyasətdə Naxçıvan dərsləri”, “Zamanı qabaqlayan dahi”, "Heydər Əliyev və Naxçıvan tarixi məsələləri”, “Heydər Əliyev: müstəqilliyimiz əbədidir”, “Qayıdış”, “Heydər Əliyev ideyaları işığında”, “İnkişaf və tərəqqinin Heydər Əliyev modeli” və digər kitablar sərgilənir.