Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

“Naxçıvan” Universitetinin Elmi Şurasının növbəti iclası keçirilib

  İclası universitetin rektoru, dosent Nurlana Əliyeva açaraq, gündəlikdəki məsələlər barədə məlumat verib. Ay ərzində görülən işlər, qarşıdakı vəzifələrin müzakirə olunduğu elmi şuranın aprel ayına olan iclasında rektor bildirib ki, sabahdan artıq yaz imtahan sessiyası başlayır. Bu mərhələdə imtahanların hər zaman olduğu kimi tam şəffaf, obyektiv keçirilməsi üçün hərtəfərli şərait yaradılmalıdır. Yaranmış problemlər vaxtında aradan qaldırılmalı, obyektivlik təmin olunmalıdır.

   Ardından yaz imtahan sessiyasına hazırlıqla bağlı son vəziyyət haqqında çıxış etmək üçün söz universitetin tədris və tərbiyə işləri üzrə prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoyluya verilib. Məruzəçi bildirib ki, artıq bütün hazırlıq prosesləri tam başa çatıb. İmtahan prosesində kənar müdaxilələrin aradan qaldırılması, tam şəffaflığın təmini üçün şərait yaradılıb. Seçilmiş nəzarətçilər imtahan prosesi haqqında məlumatlandırılıb. 1200 tələbənin əyani, 66-nın qiyabi, 21 tələbənin isə magistr pilləsi üzrə imtahan verəcəyini deyən prorektor, ardıcıllığa müvafiq olaraq tələbələrin əyani təhsil üzrə 410, qiyabi təhsil üzrə 22, magistr təhsil pilləsi üzrə isə 44 imtahan verəcəyini bildirib. Qeyd edib ki, yaz imtahan sessiyasında universitet üzrə ümumi olaraq 476 imtahanın keçirilməsi nəzərdə tutulur.

 Elmi Şurada pedoqoji təcrübənin yekunu haqqında danışan universitetin metodisti Sənan Əhmədov təcrübə müddətinin uğurla başa çatdığını deyib. Bildirib ki, Heydər Əliyev adına, Naxçıvan şəhər 11, 15 və 12 nömrəli tam orta məktəblərdə təcrübə prosesi üçün hərtərəfli şərait yaradılmış, yekun nəticələr qənaətbəxş hesab olunmuşdur. Universitet üzrə 99 faiz keyfiyyət və 99 faiz müvəffəqiyyət  nəticəsi əldə olunmuşdur.

  İclasda növbəti olaraq “Pedoqoji” fakültənin hesabatı dinlənilib. Dekan İsmət Həsənov bildirib ki, fakültədə ötən müddət ərzində təcrübələrin gedişatı, imtahanlara hazırlıq, dərs cədvəllərinin tərtib olunması, açıq dərslərin təşkili, tələbələrin akademik borclarının ödənilməsi, iməciliklərdə iştirak kimi məsələlər daim diqqətdə saxlanımışdır. Tələbələrlə birlikdə bir çox layihələr həyata keçirilmiş, hazırlanan videoçarxlar sosial şəbəkələrdə paylaşılmışdır.

  Elmi Şuranın gündəliyindəki cari məsələlər haqqında isə "Naxçıvan" Universitetinin elmi katibi, dosent Əli Həşimli məlumat verib. İclasda dosent Nurlana Əliyevanın 2 metodik vəsaitinin nəşri və 6 digər məsələ müzakirə olunub.

  Sonda rektor, dosent Nurlana Əliyeva qarşıda duran məsələlərlə bağlı tapşırıqlarını verib, onların icrasında kollektivə uğurlar arzulayıb.