Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

“Naxçıvan” Universitetinin Elmi Şurasının iclası keçirilib

    İclası universitetin rektoru, dosent Nurlana Əliyeva açaraq, gündəlikdəki məsələlər barədə məlumat verib. Görülən işlər, qarşıdakı vəzifələrin müzakirə olunduğu elmi şuranın iyul ayına olan iclasında rektor bildirib ki, artıq yaz imtahan sessiyası başa çatıb. İmtahanların hər zaman olduğu kimi tam şəffaf, obyektiv keçirilməsi üçün hərtərəfli şərait yaradılmış, yaranmış problemlər vaxtında aradan qaldırılmış, obyektivlik təmin olunmuşdur.

    Ardından gündəlikdə duran məsələlərlə bağlı ilk olaraq “2020-2021-ci tədris ilinin yaz imtahan sessiyasının yekunları barədə” çıxış etmək üçün söz universitetin tədris və tərbiyə işləri üzrə prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoyluya verilib. Məruzəçi bildirib ki, başa çatan yaz imtahan sessiyasında da imtahan proseslərində şəffaflıq tam təmin olunub. Bu müddət ərzində yaradılmış İmtahan Komissiyası və Apelyasiya Komissiyası öz işini tam yerinə yetirib. 15 apelyasiya müraciətinə baxılıb.  Fakültələr üzrə bakalavr və magistr pilləsində təhsil alan tələbələrin imtahan nəticələrini diqqətə çatdıran prorektor, universitet üzrə ümumi olaraq 80% müvəffəqiyyət, 22% keyfiyyət göstəricisinin əldə olduğunu bildirib.

   Elmi Şurada “2020-2021-ci tədris ilinin ikinci yarısında “İdarəetmə” və “İqtisadiyyat” fakültələrində istehsalat təcrübələrinin təşkili və fəaliyyəti barədə ” danışan universitetin metodisti Sənan Əhmədov növbəti təcrübə müddətinin də uğurla başa çatdığını deyib. Bildirib ki, pedoqoji təcrübənin keçirildiyi bütün müəssisələrdə tələbələr üçün lazımi şərait yaradılmış, tələbələrin nizam-intizamına universitet tərəfindən təyin olunmuş nümayəndələr tərəfindən mütəmadi nəzarət olunmuşdur. Məruzəçi qeyd edib ki, bu sahədə universitet üzrə 100% müvəffəqiyyət və 57% keyfiyyət  nəticəsi əldə olunmuşdur.

   Ardından elmi katib, dosent Əli Həşimli “Universitetin 2021-2022-ci tədris ili üçün iş planlarının müzakirəsi və təsdiqi barədə” məlumat verib. İclasda universitet əməkdaşlarının hazırladığı yeni proqram, dərslik, metodik vəsait, monoqrafiya və fənn proqramları nəşrə tövsiyə olunması üçün elmi şuraya təqdim olunub. Keçirilən müzakirələrdən sonra həmin elmi materialların nəşrə tövsiyə olunması barədə qərar qəbul olunub.

    Sonra Elmi Şuranın gündəliyindəki cari məsələlər müzakirə olunub, məsələlərlə bağlı şura üzvlərinin fikirləri dinlənilib.

    İclasın sonunda rektor, dosent Nurlana Əliyeva qarşıda duran məsələlərlə bağlı tapşırıqları verib, onların icrasında kollektivə uğurlar arzulayıb.