Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

“Naxçıvan” Universitetinin “İqtisadiyyat” ixtisası üzrə təhsil alan tələbələri Naxçıvan Biznes Mərkəzində olublar

  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin “Ali və orta ixtisas təhsil müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 3 aprel 2019-cu il tarixli sərəncamından irəli gələn vəzifələrin icrası ilə əlaqədar olaraq İqtisadiyyat Nazirliyinin hamiliyə verilmiş adıçəkilən ixtisas tələbələrinin müxtəlif müəssisələrlə tanışlığı davam edir.

  Naxçıvan Biznes Mərkəzində tələbələrə mərkəzin fəaliyyət sahələri, muxtar respublikanın sosial- iqtisadi göstəriciləri və sosial infrastruktur obyektləri ilə bağlı göstəricilər, sərgi salonunda nümayiş olunan yerli istehsal məhsulları və istehsalçı şirkətlər haqqında ətraflı məlumat verilib.

  Qeyd olunub ki, sərgi salonunda muxtar respublikada fəaliyyət göstərən 95 sənaye müəssisəsi tərəfindən istehsal olunan 289 adda məhsulun, eləcə də 118 çeşiddə ailə təsərrüfatları məhsullarının sərgisi həyata keçirilir.

  Sonra tələbələr mərkəzdə sərgi və satışı təşkil olunan xalq yaradıcılığı nümunələri və rəsm əsərləri, eləcə də Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən sənaye və kənd təsərrüfatı sahələrinin xəritəsi ilə tanış olublar.

  Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.