Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

Güzəştlər

500 baldan yuxarı toplayan tələbələr 100%, 450-499 bal toplayan tələbələr 75%, 400-449 bal toplayan tələbələr 25% güzəştə düşürlər

DAHA ƏTRAFLI

“Naxçıvan” Universitetinin əməkdaşları Ukraynada beynəlxalq təlimdə iştirak edir

Avropa Birliyi tərəfindən maliyyələşdirilən AESOP Erasmus-Plus layihəsinin növbəti təlimi Kiyev İqtisad Universitetinin  təşkilatçılığı ilə Ukraynanın Kiev şəhərində təşkil edilib.

3 gün davam edəcək təlimin birinci günüdə universitetin rektoru Dmyho Lukianenko iştirakçıları salamlamış və universitetin fəaliyyəti haqqında  məlumat verib.

Sonra Ukrayna təhsil və elm nazirinin müavini Roman Graba Ukrayna Respublikasının  təhsil sistemi haqqında çıxış edib.

Təlimin ikinci günündə Avropa Tələbə Ombudsman Ofisinin rəhbəri Josef Zeidenfast “Tələbələrin üzləşdiyi problemlər və onların həlli” mövzusunda çıxış edib.

Daha sonra tərəfdaş universitetlər layihənin son illərdə gördükləri işlər barəsində məlumat veriblər.

“Naxçıvan” Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rəcəb Cəfərli layihənin icrası barəsində illik hesabat təqdim edib və verilən sualları cavablandırıb.

Qeyd edək ki, 6 aprel 2019-cu il tarixində yekunlaşacaq təlimdə “Naxçıvan” Universitetini Beynəlxalq əlaqələr şöbəsin müdiri Rəcəb Cəfərli və universitetin müəllimi Şamil Hümbətov təmsil edir.