Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

“Naxçıvan” Universitetinin əməkdaşları Erasmus+ layihəsinin növbəti təlimində iştirak edib

Bakı Biznes Universitetinin koordinatorluğu ilə Avropa Komissiyası tərəfindən maliyələşdirilən “Azərbaycan Universitetlərində Keyfiyyətə Təminat Mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi” Erasmus+ layihəsinin növbəti təlimi Bakı Biznes Universitetində təşkil olunub. Təlimdə partnyor  universitet kimi “Naxçıvan” Universitetinin də bir qrup əməkdaşı iştirak edib.

Təlimi giriş sözü ilə Bakı Biznes Universitetinin rektoru professor İbad Abbasov açaraq qonaqları salamlamış və tədbirin gedişinə uğurlar arzulayıb.

“Naxçıvan” Universitetini bu təlimdə Beynəlxalq Əlaqələr şöbəsinin müdiri, layihə meneceri Rəcəb Cəfərli, Tədris şöbəsinin müdiri Anar Abuzərli, Mühasibatlıq şöbəsinin müdiri Xəyal Heydərov, Xarici dillər kafedrasının müdiri Anara Nəsirli, Xarici dillər kafedrasının baş müəllimi Könül Babayeva təmsil ediblər. Daha sonra layihənin icrası istiqamətində geniş müzakirələr aparılmış, təlimdə Beynəlxalq Əlaqlər şöbəsinin müdiri Rəcəb Cəfərlinin hesabatı dinlənilib. Qeyd edək ki, təlim iki gün davam edib.