Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

“Naxçıvan” Universitetinin əməkdaşları Şahbuz rayonunda şagirdlərlə görüşüb

  On birinci sinif şagirdlərinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Aparatının Ümumtəhsil məktəbləri və liseylərlə iş üzrə şöbəsinin müdiri Abdulla Əsgərov bu cür görüşlərin şagirdlər üçün əhəmiyyətindən danışıb.

  Həmçinin “Naxçıvan” Universitetinin rəhbərliyinə şagirdlərlə belə görüşlərdə fəal iştirakına görə minnətdarlıq edib. Şagirdlərə ali təhsil müəssisələrində seçim edərkən diqqətli olmağı, gələcək perspektivlərlə yanaşı, öz arzularını da nəzərə almağı tövsiyə edib, onlara uğurlar arzulayıb.

  Ardından çıxış üçün söz “Naxçıvan” Universitetinin prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoyluya verilib. Bildirib ki, bu universitet 1999-cu ildə dövlət qeydiyyatına alınaraq ali təhsil müəssisəsi kimi fəaliyyətə başlamışdır. Universitet Azərbaycanın paytaxtı Bakı şəhərindən kənarda yerləşən yeganə özəl ali təhsil müəssisəsidir. Burada tələbələrin təhsili ilə 90-a yaxın professor-müəllim heyəti məşğuldur. Onların sırasında AMEA üzvləri, elmlər doktorları, professorlar, dosentlər var. 2021-2022-ci tədris ilində universitetdə 19 ixtisas üzrə bakalavr, 8 ixtisas üzrə magistr hazırlığı aparılması nəzərdə tutulduğunu bildirən prorektor təhsil ocağının zəngin maddi-texniki bazaya malik olduğunu deyib. Tələbələrin peşəkar kadr kimi yetişməsi üçün elektron zalların, zəngin kitab fondu olan elmi kitabxananın, idman kompleksi və konfrans zalı, hər cür şəraitə malik müasir yataqxana, həmçinin üçmərtəbəli sosial xidmət mərkəzinin fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Universitetin dünyanın 50-dən artıq ali təhsil müəssisəsi ilə əməkdaşlıq etdiyini deyən prorektor vurğulayıb ki, bir çox beynəlxalq təhsil təşkilatının üzvü, beynəlxalq proqramların və layihələrin iştirakçısı olan təhsil müəssisəsi məzunlarına geniş iş imkanları yaradır.

  Sonra universitet haqqında videoçarx nümayiş etdirilib, broşürlər paylanılıb. Şagirdlərin sualları cavablandırıldıqdan sonra, fəallığı ilə seçilənlərə hədiyyələr təqdim olunub.

  Qeyd edək ki, bu cür tədbirlər Naxçıvan Muxtar Respublikasının bütün rayonlarında 500-ə yaxın şagirdin iştirakı ilə keçirilib.