Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

“Naxçıvan” Universitetinin əməkdaşı "StartupFest 2019" festivalında iştirak edib

  Noyabrın 21-dən 26-dək Azərbaycanda ilk dəfə “StartupFest 2019” adlı beynəlxalq startap festivalı təşkil olunub.

Festivalın əsas məqsədi təcrübə mübadiləsinə imkan yaratmaqla regionda və Azərbaycanda startap ekosisteminin oyunçularını bir araya gətirmək, ekosistemin inkişafı və mövcud problemlərin həlli istiqamətində fikir mübadiləsi aparmaq, Azərbaycanı bu istiqamətdə regional mərkəzə çevirməkdir. Festivalda “Naxçıvan” Universitetni Riyaziyyat və informatika kafedrasının müəllimi Şamil Hümbətov təmsil edib.

Qeyd edək ki, festival çərçivəsində "StartupFest 2019"a "Product Hunt Meetup", "Startup Grind Ganja", "Fun Baku", "DevOpsDays Baku", "Techstars Startup Weekend Baku Fintech", "World E-Commerce Eurasia 2019 Baku Forum" tədbirləri keçirilib. Festivalın əsas özəlliklərindən biri də startapları əhatə etməsi, özündə startaplarla bağlı problemləri və onların həll yollarını ehtiva edən 6 beynəlxalq lisenziyalı tədbiri birləşdirməsidir.