Xaricdə təhsil almaq istəyənlərin nəzərinə

Beykent Universiteti ilə “Naxçıvan” Universiteti arasında mübadilə proqramı əsasında “Naxçıvan” Universitetinin tələbə və müəllim heyəti bir və ya iki semestr müddətinə Beykent Universitetində təhsil almaq və çalışmaq imkanı əldə edə bilər.Maraqlanan şəxslər Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərlər.

TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÖVZUSUNDA BEYNƏLXALQ İPƏK YOLU KONFRANSI

kONFRANS TEZİSLƏRİNİ ENDİR

“Naxçıvan” Universitetinin əməkdaşı beynəlxalq təhsil sammitində iştirak edib

 

19-21 fevral tarixlərində İstanbul şəhərində “EURAS” universitetlər birliyinin ənənəvi olaraq təşkil etdiyi “EURİE” beynəlxalq təhsil sammiti keçirilib. “Naxçıvan” Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rəcəb Cəfərli universitetin üzvü olduğu Avrasiya Universitetlər Birliyinin Türkiyənin İstanbul şəhərində təşkil etdiyi “EURİE 2020” sammitində iştirak edib.

Sammit çərçivəsində təhsil sərgisi təşkil edilib. Sərgi çərçivəsində universitetin stendləri, jurnalları, loqoları iştirakçılara paylanılıb. Sərgidə 100-ə yaxın ölkənin 200-ə yaxın universiteti iştirak edib.